Dərc edildi: Baxış sayı: 500
AFFA-nın əməkdaşı beynəlxalq təyinat alıb
A milli komandanın meneceri və AFFA-nın futzal üzrə əlaqələndiricisi Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Trend AFFA-ya istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina–Almaniya oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Oyun oktyabrın 15-də Zenicadakı “Bilino polie” stadionunda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət