Slimfit
  1. İDMAN

AFFA "Neftçi"nin idman direktorunu 10 oyunluq cəzalandırıb

AFFA "Neftçi"nin idman direktorunu 10 oyunluq cəzalandırıb
Sakura

AFFA İntizam Komitəsi “Neftçi”nin idman direktoru Ceyhun Sultanovu 10 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi “Neftçi”nin idman direktoru Ceyhun Sultanovu 10 oyunluq cəzalandırıb.

Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb klub rəsmisinin Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”la səfər oyunundan sonra Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətməsidir. “Neftçi” C.Sultanovun davranışına görə 16000 manat cərimə olunub.

“Neftçi”nin futbolçusuları - Tural Axundov 33-cü, Baqali Dabo isə 84-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub onların hər birinə görə 200 manat cərimə ödəyəcək.

Oyunun 70-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan “Sabah”ın futbolçusu Vanderson Silvanın da cəza və cəriməsi eyni olub.

“Neftçi” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi” klubu tərəfindən ödənilməlidir.

Qeyd edək ki, oyun “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Artıq qorxmağa ehtiyac yoxdur

Redaktor seçimi

SON XƏBƏRLƏR