Dərc edildi: Baxış sayı: 585
AFFA “Neftçi” və “Sumqayıt”ı cərimələyib
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verənlər müzakirə olunaraq müvafiq qərarlar çıxarılıb.
“Neftçi” – “Sumqayıt” matçında sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alan Voislav Stankoviç 1 oyun cəzalanıb, meydan sahiblərini 200 manat ziyana salıb. “Sumqayıt” azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etdiyi üçün klub 800 manat cərimə olunub.
“Səbail” – “Qarabağ” qarşılaşmasında qonaqların 4 futbolçusunun sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
“Qəbələ” - “Keşlə” oyununda 5 futbolçusu sarı vərəqə alan qonaqların da cəzası eyni olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət