Slimfit
  1. İDMAN

AFFA məşqçini 1 illik cəzalandırdı

AFFA məşqçini 1 illik cəzalandırdı
Sakura

AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş zorakılıq halları ilə əlaqədar tədbirlər görüb

AFFA İntizam Komitəsi müxtəlif liqalarda baş vermiş zorakılıq halları ilə əlaqədar tədbirlər görüb.
AzVision.az qurumun saytına istinadən xəbər verir ki, U-13 Liqasında Sumqayıt “UGİM 1”i ilə oyun başa çatandan sonra “Laçın” (Pirəküşkül) komandasının məşqçisi Məhəbbət Rəhimov aqressiv davranışlara yol verərək, hakimə fiziki təsir göstərib. Nəticədə o, 12 ay müddətinə yarışlardan kənarlaşdırılıb. 

Bundan başqa "Uğur" (Ucar) komandasının futbolçusu Musa Hacızadə "Sabirabad"la matçda öz komanda yoldaşını təhqir edib. Nəticədə meydandan kənarlaşdırılmış oyunçuya 2 matçlıq cəza tətbiq olunub. 

Futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasında keçirilmiş “Avanqart” – “Star Karqo” matçında da oxşar hal yaşanıb. Həmin qarşılaşmada isə “Star Karqo”nun futzalçısı Anar Məmmədov hakimi təhqir etdiyi üçün meydandan qovulub. Məmmədov bu hərəkətinə görə 4 oyunluq cəzalandırılıb. 

İkinci Liqanın “Bibi-Heybət” – “Baku Fire-2” görüşünün hakimi də təhqirlə üzləşib. Federasiya “Baku Fire-2”nin oyunçusu Fikrət Zeynallıya 4 oyunluq cəza kəsib. 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR