AFFA Hakimlər Komitəsinə avstriyalı mütəxəssisi sədr gətirdi
UEFA-nın tövsiyəsi əsasında AFFA Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, yeni Hakimlər Komitəsinin sədri Avstriyadan olan mütəxəssis olacaq.
Bu, Frits Stuxlik adlı keçmiş FIFA referisidir. Bundan sonra qurum, sadəcə, Hakimlər Komitəsi adlandırılacaq.
13:08
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında (AFFA) struktur dəyişikliyi baş tutub.
Oxu.Az xəbər verir ki, qurum daxilində fəaliyyət göstərən Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilib.
Bundan sonra qurum, sadəcə, Hakimlər Komitəsi adlandırılacaq. Komitələri birləşdirməkdə məqsəd maliyyə xərclərini azaltmaqdır.
Əldə etdiyimiz məlumata görə, Hakimlər Komitəsinin sədri də dəyişdiriləcək. Belə ki, yeni sədr dünya praktikasında olduğu kimi, əcnəbi mütəxəssis olacaq. Həmin mütəxəssisin adı hazırda davam edən AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra açıqlanacaq.
Qeyd edək ki, bugünədək Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakimlər Komitəsinin sədri isə Əli Hüseynov idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət