Dərc edildi: Baxış sayı: 533
AFFA hakimə fiziki təzyiq göstərən məşqçiyə birillik cəza verib
AFFA İntizam Komitəsi Saatlını təmsil edən "Təhsil" klubunun U-12 komandasının məşqçisi Mənəf Məmmədovu birillik cəzalandırıb.
"Report"un məlumatına görə, buna mütəxəssisin "Ağsu" ilə görüşdə hakimə qarşı təhqiredici ifadələr işlətməsi və fiziki təzyiq göstərməsi səbəb olub.
Komandanın futbolçusu İsmayıl Səmədov isə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulduğu üçün 2 oyunluq cəzaya məruz qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət