Slimfit
  1. İDMAN

AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı

AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı
Sakura

AFFA Gənclər Liqasının bərpa tarixini açıqladı

Xüsusi karantin rejimi 4 may saat 00:00-da başa çatacağı təqdirdə, AFFA-nın təşkilatçılığı ilə keçirilən Gənclər Liqasında oyunların azarkeşsiz olması şərtilə mayın 20-də bərpası nəzərdə tutulur. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu məsələ müvafiq liqada mübarizə aparan klubların nümayəndələri ilə mütəmadi müzakirə olunur.

Xüsusi karantin rejimi ilə bağlı mövcud vəziyyət hər hansı şəkildə dəyişəcəyi təqdirdə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul edəcəyi qərarlara uyğun olaraq, AFFA Gənclər Liqası barədə müvafiq addım ata bilər.

Qeyd edək ki, AFFA martın 3-dən müxtəlif yaş qruplarından ibarət komandalar arasında keçirilən liqalarda oyunları qeyri-müəyyən vaxta qədər təxirə salmışdı. Operativ Qərargah aprelin 27-dən xüsusi karantin rejiminin müəyyən qədər yumşaldılması barədə qərar qəbul edib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR