Slimfit
  1. İDMAN

AFFA gənc futbolçular üçün məşq proqramı hazırladı

AFFA gənc futbolçular üçün məşq proqramı hazırladı
Sakura

AFFA gənc futbolçular üçün məşq proqramı hazırladı

AFFA koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyətdə gənc futbolçuların idman formasını qoruyub saxlaya bilməsi üçün 3 səviyyədə – başlanğıc, orta və üst – idman poqramı hazırlayıb.

"Report" federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Belqrad Universitetinin idman elmi üzrə professoru, həmçinin AFFA-da gənc milli komandaların fiziki təlim üzrə layihə rəhbəri Vladimir Vardakoviç proqramla bağlı məlumat verib.

O bildirib ki, COVİD-19-la bağlı yaranmış situasiya gözlənilməz və insan həyatı üçün təhlükəli olması ilə yanaşı, atletlər üçün də çətinliklər yaradır: "Məşqlərin dayandırılması və passivlik idmançıların gələcək inkişafına çox pis təsir edə bilər və bu, xüsusilə, gənc idmançılara aiddir. Bunu nəzərə alaraq, ev şəraitində idman formasını qorumaq üçün məşq proqramları hazırlamışıq. Bu proqramlar çeviklik, cəldlik, koordinasiya, balans, zədələrin qarşısının alınması kimi futbolçular üçün ən vacib fiziki göstəricilər üzrə hazırlanıb".

V.Vardakoviç idmançıların yaş və fiziki imkanlarını nəzərə alaraq üç idman proqramı hazırladıqlarını söyləyib: "Başlanğıc səviyyə 13 yaşadək futbolçular üçün hazırlanıb. Bu səviyyəni tamamlayan futbolçular orta səviyyə proqramına keçə və ya bir neçə hərəkətdən istifadə edə bilər. Orta və üst səviyyələr isə 19 yaşadək və daha böyük idmançılar üçündür. Biz bu futbolçulara başlanğıc səviyyəni 1-2 dəfə, orta səviyyəni 3-4 dəfə təkrar etdikdən sonra üst səviyyəyə keçməyi tövsiyə edirik. Videolarda təqdim edilən qaydalar və göstərişlərə riayət edin".

Proqramın başlanğıc səviyyəsini əks etdirən videoçarxı təqdim edirik.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR