Dərc edildi: Baxış sayı: 468
AFFA futzal klubunun şikayətini təmin etmədi
AFFA Apellyasiya Arbitraj Tribunalının qərarını açıqlayıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, “Badamlı” Futzal Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin fevralın 11-dəki qərarı ilə futzalçı Ali Mikaeilinin iki oyunluq cəzalandırılması qüvvədə saxlanılıb.
Qeyd edək ki, A.Mikaeilli “Forza Neftçi”yə qarşı Azərbaycan kubokunun 1/16 final mərhələsinin ilk oyununda ciddi qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Görüş "Badamlı"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb. Cavab oyununda da rəqibini 7:3 hesabı ilə üstələyən komanda növbəti mərhələyə vəsiqə qazanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət