Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Qol.az-ın federasiyanın rəsmi saytına istinadən yaydığı xəbərə görə, iclasda
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Oyunun 85-ci dəqiqəsində “Sumqayıt"ın futbolçusu Arif Daşdəmirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Sabah” – “Qəbələ” matçında “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində “Sabah”ın futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu olan “Keşlə” – “Qarabağ” matçında “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində “Qarabağ”ın futbolçusu Yakub Jezniçak ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət