AFFA 'ASK Arena'nın süni örtüyünün dəyişdirilməsi üçün tender elan edib
“ASK Arena”nın mövcud süni ot örtüyünün əvəzlənməsi ilə bağlı AFFA tender elan edib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tenderin qalibi mövcüd örtüyün rulon halında çıxarılması (7848 m2), Qum və rezinin çıxarılması və FİFA Quality Pro sertifikatını əldə edə biləcək səviyyədə yeni süni örtüyün quraşdırılması (7848 m2) işlərini görəcək. Bu zaman müəyyən miqdarda əlavələr edilməklə mövcud “shockpad”dən, qum və rezindən istifadə olunmalı, FİFA Quality Pro sertifikatının alınmasına zəmanət verilməlidir.
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq"ini müvafiq qaydada dolduraraq iyunun 21-dək AFFA-ya göndərmək lazımdır. "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi" təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, eyni keyfiyyətdə və eyni qiymətdə olan məhsullarla bağlı təkliflər arasında seçim edilərkən yerli istehsalçıların məhsullarına üstünlük veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət