Dərc edildi: Baxış sayı: 547
Aerotaksinin sınağı keçirildi - İri şəhərlərdə istifadə olunacaq
"Airbus" şirkəti Almaniyanın İnqolştadt şəhərində aerotaksinin sınağını keçirib.
Trend-in məlumatına görə, "CityAirbus" adını alan aerotaksi yaxın gələcəkdə hər şeydən əvvəl xüsusi intensiv hərəkətin olduğu şəhərlərdə ənənəvi nəqliyyat vasitəsinə alternativ olacaq.
Yeni nəqliyyat sistemini şəhər bələdiyyəsinin qarşısındakı meydanda nəqliyyat naziri Andreas Şoyer və rəqəmsal texnologiyaların inkişafı üzrə dövlət naziri Doroteya Ber təqdim ediblər.
Pilotsuz uçuş aparatına bənzəyən "CityAirbus"ın 4 oturacağı və 8 pəri var.
Belə taksilərin iri şəhərlərdə, xüsusən də mərkəzdən hava limanlarına hərəkət edəcəyi nəzərdə tutulur.
Aerotaksilər gələcəkdə digər məqsədlərlə də, məsələn, həkimlərin hadisə yerinə daha tez çatdırılması üçün istifadə edilə bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət