Slimfit
  1. İQTİSADİYYAT

Adra.gov.az-a daxil ol, reklamın qiymətini avtomatik hesabla!

Adra.gov.az-a daxil ol, reklamın qiymətini avtomatik hesabla!
Sakura

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəsmi saytında kalkulyator bölümü artıq aktivdir

Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) rəsmi saytında kalkulyator bölümü artıq aktivdir. 
 
Yerinə, növünə, ölçüsünə və müddətinə görə açıq məkandakı reklamın məbləği ƏDV də daxil olmaqla dərhal hesablanır. 
 
Tezliklə sahibkarlar ödənişləri də həm onlayn, həm də ödəniş terminalları üzərindən edə biləcəklər. Bu istiqamətdə işlər tamamlanmaq üzrədir.
 
Ölkə üzrə açıq məkanda reklamı olan 8 min sahibkar arasında anonim keçirilən SMS sorğu əsasında müəyyənləşib ki, iş adamlarının əksəriyyəti ADRA ilə əməkdaşlıqdan məmnundur və reklamın qeydiyyatı zamanı hər hansı çətinliklə üzləşməyiblər.
 
Sorğuda iştirak edən sahibkarlar əsasən müfəttişlərin davranışlarından narazılıq ediblər. 
 
ADRA belə hallarla rastlaşan sahibkarlardan dərhal 1412 Çağrı Mərkəzinə müraciət etmələrini xahiş edir.
 
Sorğu hazırda ADRA-nın rəsmi saytında davam edir.
 
Mənbə: Parafr.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR