Slimfit
  1. DÜNYA

Adını gizli saxlayan xeyriyyəçi vətəndaşların marketlərə olan borclarını silir

Adını gizli saxlayan xeyriyyəçi vətəndaşların marketlərə olan borclarını silir
Sakura

Adını gizli saxlayan xeyriyyəçi vətəndaşların marketlərə olan borclarını silir

Türkiyənin Trabzon şəhərində bir xeyriyyəçi vətəndaşların ərzaq dükanlarına olan borcunu ödəyib. O, suriyalıların məskunlaşdığı Esentepe məhəlləsində ehtiyac içərisində olan vətəndaşların mağazalara borclarını ödəyib. 

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Bildirilir ki, özünü “Robin Qud” kimi təqdim edən bu şəxs ölkənin şəhər mərkəzlərini və kəndləri dolaşaraq, evləri zəlzələdən zərər görən şəxslərə pul yardımı edir, həmçinin, məhəllə marketlərinə daxil olaraq sakinlərin borclarını ödəyir. 

Hadisənin şahidlərindən olan Emre Kurt adlı şəxs bildirib ki, özünü “Robin Qud” kimi təqdim edən xeyriyyəçiyə ərazidə olan kasıb ailələrin ünvanını göstərməkdə yardım edib. E.Kurt xeyriyyəçinin ad və soyadını öyrənməyə çalışsa da, xeyriyyəçi buna lüzum görmədiyini, yaxşılığın gizli edilməli olduğunu bildirib.  

Xatırladaq ki, bu şəxs ölkənin Elazığ vilayətində baş verən zəlzələdən sonra vətəndaşların ərzaq dükanlarına olan borclarını da ödəmişdi.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR