Slimfit
  1. MARAQLI

Adi yumurtadan qeyri-adi əl işi

Adi yumurtadan qeyri-adi əl işi
Sakura

Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil.

Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz şəhər sakini Fərmayıl Əhmədov qeyri-adi bacarığı ilə diqqət çəkir. 26 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə müxtəlif suvenirlər hazırlayır.

Fərmayıl Əhmədov bildirir ki, əl işləri sadə görünsə də, bir suvenirin hazırlanması üçün bəzən iki-üç gün vaxt sərf edir. Yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın hər iki tərəfindən kiçik deşiklər açılmalıdır. İçərisindəki maye süzüldükdən sonra yumurtanın üzərinə eskiz çəkilmiş kağız yapışdırılır. Ya da eskiz birbaşa qabığın üzərinə çəkilir. Bundan sonra yumurtanın qabığı manikür üçün istifadə olunan xüsusi avadanlıqla oyulur. Üzərində bir-birindən gözəl naxışlar yaranan yumurta diqqətçəkən suvenirə çevrilir. Amma iş bununla tamamlanmır. Son mərhələdə hazır suvenir xüsusi maddə ilə yuyulur ki, bu da əl işinin möhkəmliyini və bakteriyalardan qorunmasını təmin edir.

Artıq 2 aydır “ABAD” ailəsinə qoşulan Fərmayıl satış bazarını genişləndirmək və əl işlərini dünyaya tanıtmaq istəyir. Onun hazırladığı suvenirlər artıq “ABAD”a məxsus etno bitiklərdə satışa çıxarılıb.

Bildirir ki, əl işlərinin ilk müştəriləri əcnəbi vətəndaşlar olub. Əvvəllər suvenirləri yalnız hədiyyə edən gənc indi bacarığından gəlir qazanmağa başlayıb.

Azərbaycan Texniki Universitetinin məzunu olan gənc istedad deyir ki, ölkəmizdə belə suvenirləri ondan başqa hazırlayan yoxdur. Bu işi internet vasitəsilə öyrənib. Əvvəllər həvəskar şəkildə bu işlə məşğul olan gənc son 3 ildə əl işlərini daha da təkmilləşdirib. Yumurtadan hazırlanan əl işləri içərisində gecə işıqları daha çox diqqət çəkir.

Oyma sənətinə böyük marağı olan Fərmayıl Əhmədov kiçik ağac lövhələrdən də suvenirlər hazırlamağı bacarır.

Gənc istedad bir neçə dəfə Bakı şəhərində, eləcə də bölgələrdə təşkil olunan dekorativ tətbiqi sənət nümunələrinin sərgisində iştirak edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR