Slimfit
  1. MEDİA

ADAU gəncləri olaraq ekoloji terrora yox deyirik

ADAU gəncləri olaraq ekoloji terrora yox deyirik
Sakura

ADAU gəncləri olaraq ekoloji terrora yox deyirik

ADAU gəncləri olaraq ekoloji terrora yox deyirik!

 Azərbaycan ordusunun 44 günlük Zəfər yürüşündən sonra Ermənistan öz rüsvayçı məğlubiyyəti ilə barışmağa məcbur oldu. 10 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş naziri üçtərəfli razılaşma imzaladılar. Razılaşmada bir çox vacib müddəalar yer alırdı. Üçtərəfli razılaşmanın dördüncü bəndinə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ bölgəsinə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Azərbaycan üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi. Rusiya Federasiyasının sülhməramlı kontingenti razılaşmada nəzərdə tutulan əraziyə yerləşdirildi. Lakin təəssüf ki, dördüncü bəndin digər hissəsi, yəni erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılması icra edilmədi və bu günə qədər də bu tələbimiz yerinə yetirilməmiş qalır.
 
 Sözsüz ki, Azərbaycan 10 noyabr 2020-ci il razılaşmasının bütün şərtlərinə öz sadiqliyini real görülən işlər, atılan addımlarla ortaya qoyur.  Ermənistandan da öz öhdəliklərini vaxtı-vaxtında yerinə yetirilməsini tələb etməyə tam haqqımız var. Ermənistan isə hər dəfə olduğu kimi öz məkirli taktikasına uyğun olaraq bir tərəfdən üzərinə düşən öhdəlikləri yerinə yetirmir, digər tərəfdən isə öz saxta təbliğatını işə salaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır.

 Müharibədə ağır məğlubiyyətə uğrayaraq yoxsulluq girdabında çabalayan  Ermənistanın havadarları ilə birlikdə Qarabağda talançılıqla məşğul olması, "Dəmirli" və " Qızılbulaq" yataqlarında qanunsuz qazıntılar aparması, torpaqlarımızda ekoloji terrorla məşğul olması haqqında ciddi məlumatlar vardır. Xəbərlərin dəqiqliyini öyrənmək, Azərbaycan ərazilərində faydalı qazıntıların qanunsuz istismarı və bundan əmələ gələn ekoloji fəsadların araşdırılması məqsədilə Azərbaycan Respbulikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkova müraciət edərək onların müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərində monitorinq aparmaları üçün şərait yaratmasını istəmişlər. Lakin təəssüflər olsun ki, qarşı tərəf hələdə bu istəyi yerinə yetirməmişdir.
 Biz bu torpaqları ermənilərin murdar ayaqlarından təmizləmək üçün minlərlə şəhid vermiş, Qarabağı qanımız və canımız ilə azad etmişik. Bundan sonra Qarabağı və bizə aid olan təbii sərvətlərimizi sona qədər qorumağa borcluyuq. Məhz bu səbəbdən bu gün Qarabağda, Xankəndidə baş verən özbaşınalıqlar vətəndaşlarımızın haqlı narazılığına səbəb olmaqdadır.. Vətəndaş cəmiyyətinin, QHT-lərin yüzlərlə üzvü, gənc fəallar, jurnalistlər və mediya mənsubları neçə gündür ki, qarlı-şaxtalı havada Qarabağa yollanaraq Xankəndi – Laçın yolunun üstündə fasiləsiz olaraq dinc etiraz aksiyası keçirirlər. Aksiyanın ilk günlərindən fəal iştirakçılar sırasında Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) gənc könüllüləridə vardır. ADAU gəncləridə hərbir Azərbaycan vətəndaşı kimi doğma torpaqlarımızda aparılan ekoloji istismarı, ekoloji terroru dayandırmaq üçün haqlı mübarizəmizə qoşulmuşdur. Könüllü gənclərimiz bu gündə ilk günlərdə olduğu kimi aksiyada fəal iştirak edir, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq artıq 9 gündür ki, Laçın yolunun üstündə etiraz aksiyası keçirir, müxtəlif dillərdə şüarlar səsləndirməklə haqq səsimizi dünyaya çatdırmağa çalışır. Havanın soyuq, iqlimin sərt olmasına baxmayaraq aqrar gənclik olaraq öz haqlı mübarizəmizi davam etdirməkdəyik və tələblərimiz qəbul edilənə kimi davam etdirəcəyik. Aksiyamız dinc xarakterlidir. Torpaqlarımızda ekoloji terror edənlərə qarşıdır. Ekoloji terrora, ekoloji istismara "YOX" deyirik. Aksiya iştirakçıları davamlı olaraq vətənpərvərlik mahnıları səsləndirirlər. Tələbimiz də çox sadədir: rus sülhməramlılarından ekoloji ekspertlərin monitorinq aparmaları üçün "Dəmirli" və "Qızılbulaq" yataqlarına getmələrinə şərait yaradılmasını istəyirik. Təəssüf ki, sülhməramlıların komandanı Andrey Volkov bizimlə görüşdən hələ də yayınmağa davam edir. Xatırlatmaq istəyirəm ki, biz dinc ermənilərin, mülki vətəndaşların, təcili yardım və ərzaq təminatı maşınlarının hərəkəti üçün heç bir maneçilik törətmirik. Biz torpaqlarımıza qanunsuz silah daşıyan, yenidən qan tökülməsinə vəsilə olan, yoxsulluq içində yaşayan ermənilərə pul paylayıb separatçılıq məqsədləri üçün istifadə edən Vardanyanlara və digər araqarışdıranlara "YOX" deyirik. Hər gün Qarabağa Laçın yolu ilə separatçıların sərbəst  gəlişi bizi narahat edir. Biz  revanşist qüvvələrin Qarabağa ayaq açmasına "YOX" deyirik. Biz haqqımız olan təbii sərvətlərimizin talan edilməsinə, təbiətimizin ekoloji istismarına “YOX” deyirik. Xankəndi - Laçın yolunda dinc əhalinin, xəstələrin, tibbi yardıma ehtiyacı olanların gediş-gəlişinə heç bir problemin olmaması bir daha xalqımızın humanist dəyərlərini göstərir. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə təbii resursların qanunsuz istismarına son qoyulmalıdır. Həmin ərazilərdə Azərbaycanın dövlət qurumları tərəfindən monitorinq aparılması təmin edilməlidir. Tələblərimiz çox sadədir və təmin olunana qədər aksiyamız davam edəcək! Biz haqqlı mübarizəmizi dünyaya çatdıracağıq və sona qədər davam etdirəcəyik! Biz birlikdə güclüyük! Azərbaycan gəncləri olaraq, aqrar sahəni sevən gənclər olaraq hər qarış torpağımız üçün mübarizəmizi aparacağıq!

Hörmətlə,
Ruslan Vəliyev,
ADAU-nun əməkdaşı, Aqrar təhsilli ictimai fəal gənc.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR