Slimfit
  1. AVTO VƏ MOTO

ADAM OPEL AG

ADAM OPEL AG
Sakura

ADAM OPEL AG

Almaniyanın cənubunda Reyn sahilləri boyunca meşələrdə dərə-təpəli Oppel və ya Obbel adlanan yer var. Bir neçə əsr əvvəl, Avropanın otuzillik müharibəsindən sonra, istefaya çıxmış əsgərlər orada fermerliklə məşğul olurdular. Tezliklə yeni formalaşmış kəndliləri opelli adlandırmağa başladılar.

Bir nəfər Opel Tonqez belə bir qərara gəldi ki, torpaqda eşələnmək onun oğlu üçün kişi məşğələsi deyil və onu təhsil almağa göndərdi. Oğlu böyüdü və sənayeçi oldu. O, kiçik şəhərcik olan Russelsxda xüsusi fabrik qurdu və oranın sakinləri üçün papaq istehsal edirdi. 9 may 1837-ci ildə onun ailəsində Adəm adlı oğlu dünyaya gəldi. Vaxt yetişdikdə, Adamı Fransaya göndərirlər, o, orada texnikanın son möcüzəsi olan tikiş maşını ilə tanış oldu.

1862-ci ildə evə qayıdandan sonra, Adam Opel şlyapaların istehsalı üçün tikiş maşınını düzəldərək və baş geyimlərinin istehsalı üçün dəzgahları qaydasına salaraq Opel şirkətininin əsasını qoydu. Bu şirkət Almaniyada şlyapaların ən iri istehsalçısı oldu.

1884-cü ildə Fransada keçirilən sərgidə Adam velosipedlə tanış olur və yeni ideya ilə alovlandı - velosiped istehsalı. Adamın 5 oğlu uşaqlıqdan fabrikdə atalarına kömək edirmişlər, boş vaxtlarında isə evin ətrafında velosiped sürərək əylənirdilər. Məhz onlar Almaniyada velosiped idmanını məhşurlaşdırdılar və tezliklə ilk çempion oldular. Qardaşların uğurları sayəsində Opel velosiped markası bütün Avropaya tezliklə bəlli oldu.

1890-cı ildə ilk dəfə opelçilər Danlop soyadlı ingilisin konstruksiyası əsasında hava ilə doldurulmuş təkərli velosipedlərdən istifadə etməyi təklif ediblər. Şirkət ildə 2000 velosiped istehsal edirdi və bundan başqa, 8 sentyabr 1895-ci ilədək yəni Adam Opelin ölümünədək Almaniyanın ən iri tikiş maşını və velosiped istehsalçısı idi. Adam Opel 58 yaşında qaydaya salınmış istehsalı oğullarına miras qoyaraq vəfat edib.

Velosiped yarışları üzrə çempionlar kimi 1897-ci ildə Opel qardaşlarını Berlin avtosalonuna dəvət etdilər, harada ki, onlar ilk dəfə özüyeriyən heyət gördülər və avtomobillərin istehsalınə qaydasına salmaq ideyası yarandı.

Karl və Vilhelm Opel qardaşları avtomobil sahəsində öz fəaliyyətlərini 1898-ci ildə Lutsman fabrikini almaqla başladılar, hansı ki, lisenziya üzrə özlərinin ilk avtomobilini yığmağa başladılar - Lutsman konstruksiyalı özüyeriyən heyət. İlk avtomobil 1899-cu ildə yığılıb. Bu andan da Opel markalı avtomobillərin tarixi sayı başlayır.

1899-1928-ci illər. Opel markalı avtomobillərin istehsal inkişafının birinci mərhələsi

İlk birsilindrli 1899-cu il Lutsman Opel əllə işə salınan, oturacağın altında üfüqi yerləşən mühərriklə təchiz olunmuşdur. Bunun üçün böyük çarxı fırlamaq tələb olunurdu - digər işə salma imkanı yox idi. Konstruksiya çox "xam" idi, pis satılırdı və maliyyə çatışmazlıqlarını tikiş maşınları və velosiped satışından gəlirlər hesabına tutmaq lazım gəlirdi. Tezliklə Lutsman arabalarının buraxılışını dayandırmaq qərara alındı.

Lakin ilk uğursuzluq Opel qardaşlarını dayandırmadı. 1900-cu ildə Karl Vilhelm və Frits, Parisdən Darrak fransız avtomobil zavodu ilə müqavilə gətirdilər. 1902-ci ildə isə Almaniyada tam yığılmış Opel Darrak alman bazarında göründü. Firmanın işləri get gedə artdı və qardaşlar öz modellərinin işlənilməsinə başladılar. Müqaviləsinin müddəti 1906-cı ildə fransızlarla bitdi, amma həmin vaxtadək Opel ayaq üstə möhkəm dayandı və kənardan yardıma ehtiyac duymadı.

O illərdə Opel nəinki istehsalat nailiyyətləri və ya kommersiya uğurları ilə, həm də idman tədbirlərində iştirakı ilə məşhur idi. 1907-ci ildə Vilhelmin idman yarışındakı qələbə ilə kayzer mükafatını alması müəssisənin nüfuzunu xeyli artırdı. 1908-ci ildə 1907-ci ildə qalib olmuş avtomobilin konstruktiv xüsusiyyətlərindən istifadə olunmuşdur.

I Dünya müharibəsi illərində firma ordu üçün yük avtomobilləri istehsal edirdi. Lakin mühəndislər boşuna vaxt itirmirdilər. 1920-ci ildə yeni Opel modelinin bir neçə variantı hazırlandı, amma inflyasiya bu planları həyata keçirməyə mane oldu. Böhrandan çıxmaq üçün radikal tədbirlər görmək qərara alındı.

Vilhelm Opelin başçılıq etdiyi firmanın bir qrup aparıcı mühəndisləri okeanın o tayına - ABŞ-da avtomobillərin kütləvi istehsalı üçün toplanmış təcrübəni mənimsəmək yollandılar. Geri qayıdaraq onlar amerika ideyalarını həyata keçirmək çox həvəslə işə başladılar. 1923-cü ildən 1924-cü ilədək olan dövrdə köhnə zavod dəyişdi: bütün dəzgahların üst ötürücü kəməri hərəkət etdirən çarxları(şkiv) elektrik ötürücü ilə müasir avadanlıqla əvəz etdilər. Almaniyada ilk və əsas yenilik isə həmin anda yeganə yığım konveyeri idi.

Köhnəlmiş modellər istehsalatdan çıxarıldı. Opel firması bütün ümidlərini ikiyerli avtomobilə dikmişdi, hansı ki, iki il öncə bazara buraxdığı Citroen avtomobilinə bənzəyirdi. Oxşarlıq o qədər çox oldu ki, fransızlar məhkəməyə verdilər. Opel prosesi uduzdu və avtomobilin xarici görkəmini dəyişmək məcburiyyətində qaldı. Model "4/12 PS" adlanırdı, lakin satışda peyda olan kimi, rəsmi adları unudulurdu. Konveyerdən çıxan bütün avtomobillər parlaq və gözəl yaşıl rəngdə rənglənirdilər, ona görə də avtomobilə Laubforsch ("Qurbağa Balası") ləqəbi qoyuldu. 1927-ci ildə "qurbağa balalarının" buraxılışı 39000 ədədə çatdı. 8000 işçi gündə 250-dək maşın hazırlaya bilirdi.

1927-1938-ci illər. Adam Opel AG firması General Motorsun filialı olur

Kütləvi sinif minik avtomobilləri istehsal edən Alman firmasının uğuru , ABŞ-ın General Motors korporasiyasının ixrac məsələləri üzrə prezidenti Ceyms M Muninin diqqətini cəlb etdi. O illərdə keçmiş alman avtomobil istehsalçıları arasında lideri olan Opel müəssisəsi üçün elə də asan deyildi: alman markalı avtomobillərin əksər hissəsi, ABŞ-ın təzyiqi altında idxal olunan avtomobillərdən geri qalırdı. Vəziyyəti hətta Frits Opel tərəfindən AVUS trassı üçün yarış avtomobillərinə quraşdırılmış RАК-I və RАК-II reaktiv mühərriklərinin rekord nəticələr belə xilas etmədi.

Dünyada ilk reaktiv mühərrikli raket - avtomobili RAK-I 11 mart 1928-ci ildə start götürüb. Debüt uğursuz oldu və iki ay sonra Berlin AVUS trassında digər - RAK-II rekord yürüşü keçirildi. Avtomobil həmin dövr üçün fantastik maksimum sürət topladı - 238 km/s.

1925-ci ildə General Motors konserninin İngiltərənin Vauxhall müəssisəsinin alması haqqında bütün Avropa danışırdı. Artıq növbəti ilin yazında Opel ingilislərdən nümunə götürməyə qərar verdi və himayədarlıq üçün okeanın o tayındakı nəhəngə müraciət etdi. 1928-ci ildə rəsmi saziş imzalandı - Adam Opel AG şirkəti General Motorsun filialı oldu.

İndi müəssisənin istehsal proqramı minimal sayda unifikasiya qovşaqlarının və banlarının hazırlanması maksimum mümkün olan modellərin sayına yönləndirilmişdir. Bütün maşınların banları geniş oldu, qanadları dairəvi cizgilər aldı, daxilində isə ehtiyat təkəri üçün yer yarandı.

1934-cü ildə General Motorsun bütün digər yaradıcılığı kimi, alman filialının avtomobilləri də müstəqil qabaq asqılara keçdilər. Növbəti il Opel, il ərzində yüz mindən çox maşın istehsal edən ilk alman avtomobil istehsalçılarından oldu.

1936-cı ilin fevral ayında Berlin avtosalonunda bütünstrukturlu ban daşıyan ilk seriyalı avtomobil - Olympia təqdim olundu. O, azlitrajlı avtomobillərin yeni istiqamət başlanğıcını qoydu. Avtomobil 1936-cı ildə Berlində keçirilən Olimpiya oyunlarının şərəfinə adlandırılıb.

Ucuz avtomobil bazarı, 20-ci illərin üslubunda hazırlanmış Р-4 modeli ilə doldu. Bu maşının mühərriki etibarlı idi və çox xırdalıqlarına qədər düşünülmüşdür ki, bu da növbəti modelə quraşdırmaq imkanı vermişdir - Opel Kadett (1936-cı il). Müharibəyəqədər təxminən 107000 ədəd Kadett markalı avtomobil konveyerdən çıxmışdır.

30-cu illərin sonunda Opel iki yeni altısilindrli model buraxdı: Opel Super (1937-ci il) və Opel Kapitan (1939-cu il). Müharibədən əvvəlki model, ali dərəcəli Opel Admiral məğrur adını daşıyırdı.

1939-1950-ci illər. Opel zavodları faşist vermaxtı və müharibədən sonrakı bərpası dövründə

Faşist rejimi tərəfindən qoyulan məhdudiyyətlər, General Motorsun mənfəətləri üçün mənfi təsir göstərdi. Almaniyanın faşist rəhbərliyi firmadan 1939-cu ildə ordu üçün yük maşını Blitz, qaubitsalar və təyyarələr üçün detallar tələb etdi, bu da General Motorsun yeni prezidenti Uilyam Knudsenə kinayə ilə bunları deməyə əsas verdi : "Bizim alman müəssisəmizə Hitler tam və şəriksiz sahib oldu, bütün konsern sahiblərini və şəriklərini təbrik etməkdən şərəf duyuram".

1941-ci ildən 1945-ci ilədək olan dövrdə Opel şirkəti Almaniyanın bütün digər milliləşdirilmiş müəssisələri kimi vermaxtın ehtiyacları üçün silah və hərbi texnika istehsalı ilə məşğul olurdu.

1942-ci ildə GM, Opeli 34 980 024 $ qiymətləndirərək hərbi itkilərin sırasına apardı. Öz növbəsində, Opel "milli - sosialist nümunəvi müəssisə" oldu.

Müharibə onlara böyük mənfəət və sifarişlər gətirirdi. Opel zavodlarında nəinki avtomobillər, həmçinin, Olympia modelindən olan mühərriklə təchiz olunmuş minik yarımsepli NSU kettenkrad transportyorları, təyyarə detalları istehsal olunurdu. Berlinin 50 kilometrliyində yerləşən Branderbuqdakı Hafele müəssisəsi xüsusi diqqətə layiqdir. Hələ 1936-cı ildə açılmış bu zavodda, Nordhof Hayntsın rəhbərliyi altında Blitz ("İldırım") markalı yük avtomobillərinin istehsalı yerləşdirilmişdir.

1937-ci ildə Opel bu seriyadan növbəti, üçtonluq yük avtomobilinin istehsalını mənimsədi. Maşına 6 silindrli, 75 at gücündə mühərrik quraşdırılmışdır (Admiral minik avtomobilində də həmin mühərrik idi). O, 1944-cü ilədək müxtəlif variantda təkər formulasında və banda buraxılırdı. Onun bazasında, həm də yarımsepli yük maşını Maultier buraxılırdı, hansı ki, şassisində 10 lüləli reaktiv minomyot quraşdırılmışdır.

Yük maşını o qədər uğurlu oldu ki, onun rəmzi - əyri-üyrü xəttli ildırım olan halqa Opel şirkətinin yeni emblemi oldu. Alman ordusunun ən məhşur yük avtomobillərindən biri olması ona qismət oldu.

1944-cü ilin avqust ayında müttəfiq qoşunların bombardmançıları Opel zavodlarının istehsal sexlərini demək olar ki, tamamilə məhv etdilər.

Müharibə başa çatdıqdan sonra zavodların əksəriyyəti xarabalığa çevrilmişdir. Russelhaym Amerika, Branderburq isə Sovet işğal zonasına düşdü. Sənədlərin və zədələnməmiş avadanlığın böyük hissəsi İttifaqa gətirildi, "Adam Opel AG" firmasının açığını desək, asan olmayan günləri başladı. Sovet İttifaqı Almaniyadan mümkün olan hər şeyi gətirdi. Ruslar ittifaq komandanlığından alət, avadanlıq, ştampları və Kadett markalı maşınlarının Leypsiqdə istehsalının qurulması üçün çertyojların gətirilməsi üçün sanksiya aldılar. Bütün lazım olanlar 1946-cı il iyulun sonuna kimi tam göndərildi. O vaxtdan Opel öz avadanlığını görmədi.

Ancaq Kadetti görmək çoxlarına nəsib oldu: yarım il keçmədi ki, Moskva yaxınlığındakı yeni zavod azlitrajlı avtomobillərin istehsalına başladı "Moskviç - 400", müharibədən əvvəlki Opel Kadettinin eyni ilə oxşarı idi. 1950-ci ildə bu maşınları Finlandiya və Belçikaya satmağa başladılar, özü də qoşma sənədlərində qeyd olunurdu ki, "Moskviç"in ehtiyat hissələrini Almaniyadan əldə etmək daha asandır.

Branderburqdakı zavod "Pioner" adlı traktor buraxmağa başlamışdır. Alman vətəndaşları sovet işğal zonasında ilk beşillik planı hazırlamağa başladılar. Sonralar bu zavodda "Avia" (İfa) yüngül yük maşınlarının buraxılışı başlandı.

Müharibədən sonrakı işğal edilmiş ərazilərdə dağılmış təsərrüfatın bərpası üçün, ilk növbədə, amerikalılara yük avtomobilləri lazım idi. Yarıya qədər bərpa edilmiş Ryusselsxaymdakı zavod 1 tondan 3 tonadək yük qaldıra bilən, Kapitan Opel modelinin 6 silindrli mühərriki ilə təchiz olunmuş, ton yarımlıq Opel Blitz yük maşınlarının istehsalını bərpa etdi.

Sonra isə növbə minik avtomobillərinə gəlib çatdı. Opel Kapitanın istehsalını bərpa etmək asan olardı - "ondan olan" mühərrikin yığılması artıq qaydasına düşürdü - amma işğalçı hakimiyyət, mühərrikinin həcmi 1,5 litrdən çox olan minik avtomobillərinin buraxılışına icazə vermirdi. Bütün bu tələblərə cavab verən maşın Olypia oldu, hansı ki, 1947-ci ilin noyabr ayında seriyalı istehsalı başladı.

1951-1964-cü illər

1951-ci ildə Olympia modelinin restaylinqi həyata keçirildi - yeni üfüqi qabırğalı iri radiator və böyük bamper yarandı. Ötürücü sürət qutusunun(ÖSQ) dəstəyi sükan sütununa yerləşdirildi.

1953-cü ildə bu markanın yüz minlik avtomobili buraxıldı və onu prinsipcə yeni model əvəz etdi, hansı ki, barəsində aşağıda məlumat veriləcəkdir. İki il sonra Opel Kapitanın buraxılışı bərpa olundu. Model müharibədən əvvəlkindən heç də fərqlənmirdi, formasız əvəzinə yumru ön fənərlər istisna olmaqla, çünki yayıcıların mürəkkəb formalarını bərpa etmək mümkün olmamışdır - GM tərəfindən heç bir nəzarət olmadan Amerika hərbi administrasiyası istehsalın başında dururdu. Avtomobil 1947-ci ildən 1953-cü ilədək buraxıldı. Adam Opel AG şirkətinin vəziyyəti yalnız 1950-ci ildə Ryusselhaymda əsas zavod tam bərpa edildikdən sonra yaxşılaşdı, sonra isə yeni müəssisənin korpusu tikilmişdir.

1931-cu ildə olduğu kimi, Amerikanın firmaya təsiri dərhal deyilmədi. Lakin onilliklər boyu alman şirkətinin minik modellərinin dizaynında Amerika cizgiləri tez-tez nəzərə çarpırdı.

1953-cü ildə istehsalın həcmi müharibədən əvvəlki səviyyəni ilk dəfə olaraq keçmişdir. Həmin ildə Frankfurt avtosalonunda təqdim olunan Opel Olympia Rekord P-1 modeli özündə 50-ci illərin alman sürücüsü arzularını özündə əks etdirən ideal nəqliyyat vasitəsi idi. Olympia Rekord 2 qapılı sedan, kabriolet (1956-cı ilə qədər) və universal "Karvan" kimi buraxılırdı. Fikirlər var ki, bu avtomobilin banı azlitrajlı "Moskviç-402"nin yaradılmasında əsas kimi istifadə olunurdu. Avtomobil 1953-cü ildən 1957-ci ilədək buraxıldı.

1957-ci ildə dizaynerlər dəbə uyğun olaraq avtomobilin xarici xətlərini dəyişdirdilər. Rekord P-1-in uğuru əzəmətli idi.

Firma əldə etdikləri ilə dayanmadı: 1958-cı ildə konveyerdən köhnə mühərrik ilə yeni Rekord çıxdı. Konstruktorlar banı uzadaraq və genişləndirərək, maşını daha alçaq etdilər.

Opel Kapitan şirkətin istehsal proqramında əvvəlki kimi qalırdı. Uzun müddət bu model yalnız kosmetik tamamlamalara məruz qaldı, bununla da "Avropa yığımı olan tipik amerikan avtomobili" oldu. 50-ci illərin sonlarında konstruksiyanın özünə də toxundular. Maşın yeni güc aqreqatı ilə birlikdə yeni banı yalnız 1960-cı ildə aldı.

1960-cı il 4 qapılı Rekord P-2 modelinin meydana gəlməsi ilə əlamətdar oldu. O, dizaynı nisbətən sadə idi və öz adını Olympia cihazları olmadan ötüşdü. Dizaynı Amerika avtomobillərini çox xatırladırdı.

1960-ci ildə Opel Kapitan restaylinq olundu. Avtomobil yeni ban və güc aqreqatı ilə təchiz olundu. 1961-ci ildə Opelin ilk kupe banlı buraxılışı başlandı. Avtomobilin gücü 60 at gücü, sürəti isə 140 km/s təşkil edirdi. Həmin vaxt 4 qapılı sedanın bəzi dizayn elementləri də dəyişdirildi. Kupe və sedan 1963-cü il qədər firma tərəfindən buraxılırdı. Bu, tamamilə amerikan üslubunda kiçik avtomobillər idi.

Rekord P-2-nin uğurunu yalnız "Böcək" fenomeni ilə müqayisə etmək olardı. Opel markası Qərbi Almaniya maşınqayırma firmaları arasında qabaqcıl mövqe tutmuşdur - amerikalılar çox razı idilər.

1962-ci ildə Adam Opel AG firmasının 100 illiyi münasibəti ilə növbəti Kadett nəsilinin buraxılması üçün daha bir zavod Bohum şəhərində tikildi. Yeni modeli amerikan-qərbi alman birgə işlənməsi adlandırmaq olardı. Maşın Chevrolet mühərriklə təmin edilmişdir. Əvvəlcə 2 qapılı sedan buraxdılar, 1963-cü ildə bu icraya kombi, bir il sonra isə kombi variantı əlavə olundu. Belə qərara alınmışdır ki, əvvəlcə 2 qapılı veriyanı, sonra il ərzində kombi (elə Almaniyada universal adlandırırlar) və kupe motifikasiyasını bazara "atmaq".

Rekord da diqqətindən yayınmadı: o 1963-cü ildə yeni, daha güclü mühərrik və yeni nişan - A aldı. Model əvvəlkilərdən geniş və alçaq oldu. 1964-cü ilin iyul ayında Rekordun sedan və kupe modifikasiyaları Kapitan modelinin daha güclü mühərriki ilə təchiz olundu. Həmin il bahalı işləməli salonu olan Kapitan Admiral adı altında uğurla debüt edirdi. Avtomobil 1964-cü ildən 1968-ci ilədək buraxıldı.

1965 – 1970-ci illər

60-cı illərdə avtomobil sənayesində inkişaf prosesi artıq yoluna düşürdü. Adətən model konveyerdə 3-5 il qalırdı, sonra isə prinsipial olaraq yeni modellə əvəz olunurdu və ya ən pis halda restaylinq edilirdi. Əlbəttə, hər yerdə olduğu kimi Citroen 5CV və ya Böcək şəklində istisnalar mövcud olmuşdur.

1965-ci ildə Kadett A modelinin ardınca 2 və 4 qapılı Kadett B gəldi. Avtomobilin nəinki ölçüləri, həm də onun gücü (45-dən 90 at gücünə qədər) artdı. Maşının çirkin xarici görünüşünə baxmayaraq, tələbat var idi.

Həmin il Opel, öz konstruksiyası olan 4 silindrli mühərrikini təqdim etdi. Xatırladaq ki, bundan əvvəlki mühərriklər amerikan və ya birgə konstruksiyalar idi.

1965-1967-ci illərdə Diplomat V8 modeli buraxılırdı. Hərçənd onun istehsal həcmi 50 nüsxəni keçmədi, hər halda bu maşın firmanın tarixində müəyyən töhfə vermişdir. Mühərrikinin həcmi 5,4 litrlik Chevrolet V8, 230 at gücündə olan bu dəbdəbəli model, Osnabryukdakı Karman şirkəti tərəfindən yığılırdı. Məhz o, AFR-da satılan ən sürətli maşın sayılırdı. Maksimal sürət 200 km/s təşkil edirdi. Yanacaq sərfiyyatının nə qədər olmasını ancaq təxmin etmək olardı. Amma neft böhranı qədər hələ 10 il qalmışdı, heç kim bu barədə düşünmürdü.

1966-ci ildə Opel hər iki tərəfdən qara zolağı olan kapotlu, idman cihazları ilə təchiz olunmuş idarəetmə panellii Rally Kadett xüsusi modelini buraxdı. Maşın gənclər arasında o qədər məhşur oldu ki, onun buraxılışı 1973-cü ilə qədər davam etdi. Avtomobil müxtəlif tüninqlərə məruz qaldı. Buna baxmayaraq mühərrikin gücü artırıldı, daha sərt asma, idman amortizatorlar, enli rezin, yeni oturacaq və sükan quraşdırıldı.

Onilliyin ortaları modelin yeni nəslinin meydana gəlməsi ilə əlamətdar oldub: Kapitan A, Diplomat A və Commodore A.

1967-ci ildə Rekord yenə yeni ban aldı - əvəlki modeldən daha geniş və alçaq. Kupe modifikasiyası 67 at gücü olan mühərrikə malik idi. Rekord A modeli Rekord B-yə yol açdı. Kupe modelinin əvəzinə 6 silindrli, 100 at gücü olanmühərrikli Rekord Coupe 6 gəldi. Bu maşın 1967-ci ildə təqdim olunan Commodore-nin sələfi idi və 1 il əvvəl buraxılmış Rekord C ilə paralel olaraq satılırdı. 1967-ci ildə Olympia adı bu zərif tərəfdaş Kadet B sedanına qaytarıldı.

Bu mötəbər avtomobillər ilə o zaman qeyri-adi çevik, ikinəfərlik Opel GT modeli təzad təşkil edirdi. Əfsanəvi GT-ni haqlı olaraq dünya avtomobil sənayesinin ən parlaq modellərindən biri hesab etmək olar. Maşın ilk dəfə 1965-ci ildə Frankfurtda keçirilən Beynəlxalq avtomobil sərgisində təqdim olundu.

Bu kupe, Kadett bazasında qurulmuşdu. Avtomobil əvvəlcə seriyalı istehsal üçün nəzərdə tutulmamışdı, necə deyərlər, bu firmanın idman avtomobil sinfinə sınaq addımıl oldu. Lakin kütlənin rəğbət vəziyyəti dəyişdi və Opel GT avtomobil bazarında "dəbin qışqırtısı" oldu.

1968-ci ildə GT satışa daxil oldu. Avtomobil öz misilsiz məhşurluğu sayəsində müxtəlif mühərriklər ilə 1973-cü ilə qədər istehsal edildi.

1969-cu ilin mart ayında Opel avtomobillərinin "böyük üçlük" təmsilçiləri: Kapitan, Admiral və Diplomat yeni banla birlikdə yeni nişan da aldı - "B". Modellər daha səliqəli və müasir görünməyə başladılar.

1971 – 1979-cu illər

70-ci illərin əvvəlləri General Motors korporasiyasının Avropadakı bölmələri olan Adam Opel AG və Voxhall Motorsun "beynəlxalqlaşdırma" kursunun keçirilməsi ilə əlamətdar olmuşdur. O vaxtdan avtomobillər yalnız sükan yerləşməsi və dekorativ elementlərlə fərqlənir.

Beləliklə, Opel firması Almaniyanın özündə, həm də bütün Avropada uğurlu model seçimi və onların məhşurluğuna baxmayaraq, okeanın o tayındakı müştərilərin etirafını addım-addım qazanmağa çalışırdı. Bu istiqamətdə ilk addım GT/J idman modeli oldu, hansı ki, 1970-ci ildə həm xaricdən, həm də texniki hissəsinin modernləşdirilməsinə məruz qaldı.

Bununla belə, şirkətin mühəndisləri amerikan zövqünə əsaslanmışdılar. İkinci addım Manta A tamamilə yeni idman maşını oldu. O, Ford Capri model-rəqibi kimi təqdim olunan göyərtəsinə dörd nəfər götürə bilərdi və bununla böyük həcmli yük yerinə malik idi. Öz cəlbedici görünüşü ilə Manta, nədəsə GT avtomobillərinin əvvəlki üslubunu xatırladırdı.

Eyni zamanda Opel öz həmyerlilərini də unutmamışdır. 1970-ci ildə Ascona modeli ictimaiyyətə təqdim olunmuşdur. Kadett şassisinə əsaslanaraq, müxtəlif tip banlar ilə buraxılırdı. Avtomobil sadə formalarına baxmayaraq, öz alıcısını tapdı.

1971-ci ildə Georq fon Opel (1928-ci ildə reaktiv mühərrikli avtomobilin sürücü və təşkilatçısı olan Frits fon Opelin nəvəsi) ilk elektroötürücü GT-ni Hokkenhaym şəhərində sınaqdan keçirdi. İki mühərriklə hərəkətə gətirilən maşının gücü 136 at gücü təşkil edirdi, sürəti 188 km/s-dək artırdı. Bir il sonra GT modern kapotu altında dizel mühərrikin səsi eşidildi. Dyudenhofun sürət yolunda bu qeyri-adi idman avtomobili öz sinfində 20 dünya sürət rekordu vurdu. 1971-ci ilin sentyabr ayında Opel öz 10 milyonluq avtomobilini yığdı.

1972-ci ildə dərhal iki model debüt etdi: Rekord D və Commodore B. Hər iki maşın eyni tip bana və eyni dizayna malik idilər. Amma onların texniki hissəsi bir-birindən uzaq idilər. 1970-ci illərdə Opelin digər tərəf rütbəsində duran daha bir uğurlu kupe hazırlandı. Söhbət sonuncu Kadett C-dən gedir.

General Motors rəhbərliyinin qərarı ilə Kadett C davamçısı ilk "beynəlxalq" avtomobil edildi: yığımı konsernin Amerika, Braziliya, Böyük Britaniya və AFR-nın bütün firmalari eyni zamanda etməli idilər. Qərara alınmışdır ki, bütün Kadettlərin banları firma rəmzi və yerli avto adlardan asılı olmayaraq, standart olacaq, mühərriklər və digər komponentlər isə yerli bazara uyğun olmalıdır. 1973-cü ilin avqust ayında maşın istehsal üçün işlənib hazırlanmışdır, onu Kadett C Coupe adlandırdılar.

Eyni zamanda heç bir yeni uğur olacağına ümid olmayan GT erasının sonu gəlməyə başladı. Frankfurt beynəlxalq avtoşousunda daha mükəmməl Manta B modeli təqdim olundu. 1975-ci ildən 1982-ci ilə qədər maşın beş variant mühərrik ilə təklif olunurdu. Ən səciyyəvisi mühərrikinin gücü 105 at gücü olan GTE modeli idi.

Bələd olanlar üçün qeyri-adi modifikasiya 1978-ci ildə təqdim olunmuş "kupe-vaqon" - Manta SS idi. Avtomobil çox uğurlu alındı və Ford Motor Company-nin, xüsusilə Capri-nin bir çox müştərilərini götürdü. 1977-ci ilin payızında gözəl Diplomat və ondan geri qalmayan Commandore S debüt edirdilər. Modellər zahiri dəyişikliyə məruz qalmışdır və indi maşınlar, öz yoldaşları ilə bərabər - "kvadrat" görünürdü.

Artıq bir il sonra Opel zavodunda Senator A yeni model minik avtomobili istehsal edilməyə başladı. Şirkətin proqnozlarına görə, o, indiyədək firmanın hələ də buraxdığı ən böyük maşınları - Diplomat və Admiralı əvəz etməli idi. Bu amerikan avtomobilləri faktiki olaraq çox böyük miqdarda benzin məsrəf edirdi, dünya isə hələ neft böhranına qədəm qoymamışdır. Yeni avto beşyerli 4 qapılı bana və 180 at gücündə olan mühərrikə malik idi. Senatorun bazasında çox qeyri-adi kupe - Monza A yarandı. 1979-cu ilə qədər Opel amerikan maşınqayırma üslubunda gedirdi (mühərrikin öndə yerləşməsi və arxa çarx ötürücüləri).

1979-cu ildə Opel özü üçün inqilabi addım atdı - Kadett D-də arxa deyil, ön ötürücü çarxlar quruldu. D seriyalı avtomobillər C-dən qısa idilər, amma ön ötürücü olduğu üçün konstruktorlara salonun həcmini artırmaq imkanı verdi. Yeni model üç variant mühərriklə təmin edilirdi - iki 1,2 litrlik və yeni 1,3 litrlik. Məzənnə sabitliyi və az yanacağı məsrəfi sayəsində avtomobil öz sinfində satış üzrə birinci yeri tuturdu.

1980 — 1989-cu illər

80-ci illərin əvvəlindən Adam Opel AG firması özünün bütün model cərgəsini demək olar ki, tamamilə dəyişdi. Amma bununla kifayətlənməmək qərarına gəldi. 1981-ci ildə həcmi 1,3 və 1,6 litr daha mükəmməl mühərrikli, modernləşmiş Ascona C buraxıldı.

1982-ci ildə dəyişikliklər iki "qardaş"a - Senator A2 sedanı və Monza A2 kupesinə də toxundu. Modellər layiqli ön hissə və yeni mühərrik qamması aldılar. Banın xəttləri eyni zamanda özündə gücü və məlahəti birləşdirirdi. İdman modeli olan Manta B və ailə sedanı Rekord Е2-də unudulmamışdılar - onlar kosmetik dəyişikliklərə məruz qalmışdılar.

1983-cü ildə Opel ailəsində Corsa A yarandı, hansı ki, müştərilərin dairəsini əhatə etməli idi (və buna nail oldu). Kabriolet ailəsinə - Ascona C Cabrio gəldi.

1984-cü ildə texniki və aerodinamik baxımdan daha təkmilləşdirilmiş Kadett E modeli işıq üzü gördü. Bu avtomobilin ilk növbədə, geniş ban seçimi və mühərrikləri Avropada məşurlaşmağa səbəb olmuşdur. Maşın "1984-cü ilin Avtomobili" Avropa tituluna layiq görülmüşdür. Kadett eyni zamanda, firmanın "hərbiləşdirilmiş" adını daşıyan sonuncu avtomobili oldu. Bundan başqa, o, müəyyən dəyişikliklərlə Cənubi Koreyada "Daewoo Nexia/Racer" adı altında istehsal olunmağa başladı. Bir il sonra maestro Byorton tərəfindən layihələşdirilən kabriolet "alay"a gəlir.

1986-cı ildə Rekord daha mükəmməl model olan Omega A-ya yer verdi. Yeni avtomobil İsə iki cür ban ilə buraxılırdı: sedan və universal. Ona 15 müxtəlif növ mühərrik quraşdılırdı. "İlin avtomobili" müsabiqəsində növbəti qələbə qazanıldı.

Avtomobili konveyerdə doqquz il qaldı. Bu model axımlı gedişi, rahat və iqtisadi xarakteristikaları ilə alıcıları fəth etmişdir. Onun Omega Lotus modifikasiyasına Britaniya firmasının həcmi 3,8 litr, mühərrikinin gücü 300 at gücü təşkil edən Lotus mühərriki quraşdırılırdı. Bu, əsl idman sedanı idi və son vaxtlar Almaniyada qəzaların çox olması səbəbindən idman lisenziyası olan insanlara satılır. Və qəribə deyil ki: maksimal sürət 280 km/s bərabərdir və 100 km/s sürəti 5 saniyəyə yığır.

1987-ci ildə Ascona Touring Xüsusi modeli məşhur Ascona GL ilə əvəzlənir. Həmin vaxt Senatorda da dəyişikliklər baş verdi: yenilənmiş Senator B modeli meydana gəldi. Avtomobil cəmi iki mühərriklə təchiz olunurdu: həcmi 2.0 olan 4 silindirli və həcmi 3.0 litr olan, 6 silindrli 24 klapanlı. 3 litrli versiya seriyalarla avtomatik ÖSQ ilə təmin edilirdi. Avtomobilin maksimal sürəti 240 km/s təşkil edirdi. Ancaq avtomobil kifayət qədər alıcı tapa bilmədi və firma 1991-ci ildə onun istehsalını dayandırdı.

1988-ci ildə Ascona-nın buraxılışı dayandırılır, onun əvəzinə isə Vectra A modeli buraxılır. Bu avtomobil daha "yalanmış" və çox güclü idi. İki növ ban ilə buraxılırdı: sedan və 5 qapılı heçbek. 1989-cu ilin aprel ayında ən güclü mühərriklər qoyulan, tamötürücülü modifikasiya yarandı. Yeri gəlmişkən mühərriklərin qamması daha çox idi, nəinki Omega-da - bir qayda olaraq 20 modifikasiya, o cümlədən, 6 silindrli, gücü 150 at gücündə. 4x4 turbo, 204 at gücündə olan Vectra modeli məhdud sayda buraxılırdı.

1990 – 1999-cu illər

1990-ci ildə şah əsər olan - Opel Сalibra yarandı. Avtomobil Vectra şassisi bazasında yığılmışdı, onun mühərriki ilə təchiz olunmuşdur və kupe bana malik idi. Aerodinamik müqavimət əmsalın nəticəsi Cx=0,29 idi, indi bir çox avtomobillərdən uzaqdır. Avtomobil önötürücü və tamötürücü modifikasiyalarda buraxılırdı. 4x4 turbo, 204 at gücündə olan Vectra modeli məhdud sayda buraxılırdı. Calibra o qədər uğurlu avtomobil oldu ki, Almaniyada və Finlandiyanın Valmet zavodunda 9 il buraxıldı. Bax, Opel belə modellərlə XX əsrin son onilliyinə girdi.

1991-ci ildə Opel ailəsi yenə də artdı. Frankfurt avtosalonunda firma müxtəlif banlı yeni Astra F modelini nümayiş etdirdi. Lakin Opel bu dəfə uduzdu, Astra öz sinfində həmişə ikinci idi - VW Golf öz möhkəm mövqeyini (əbəs yerə bütün sinif avtomobilləri onun adı ilə adlandırılmayıb ki) saxlayırdı, halbuki ayrı-ayrı ölkələrdə liderlik Astraya məxsus idi, ilk növbədə, banın dizaynına görə. Avtomobil mühərriklərinin böyük qammasına malik idi, ən güclüləri (150 at gücü) GSi modelinə qurulurdu. Alıcının yüksək passiv təhlükəsizlik, faydalılıq, kiçik xərclərlə texniki xidmət, komplektləşdirilməsi xoşuna gəldi.

Həmin il firma öz tarixində ilk dəfə olaraq yüksək keçirici qabiliyyətli - Frontera modelinin istehsalına başladı. İlk yolsuzluq maşını Yapon cipi olan Isuzu Rodeonun (səhmlərinin 51%i GM məxsusdur) bazasında yaradılıb və xüsusi texniki xüsusiyyətləri ilə fərqlənmirdi, hərçənd, zahirən çox güclü görünürdü. Tipik zəif mühərrikli "parket" cip alındı. Firma bu modelin keyfiyyəti yığılmasında daim çətinlik çəkirdi. İlin sonuna yaxın firmanın ailəsi, GM və Isuzu Motors ilə razılaşmaya əsasən, yapon pikapı bazasında artıq mövcud olan Opel Campo modeli yaradıldı.

1991-ci ildə Omega A bir sıra kosmetik tamamlamalara məruz qaldı. 1992-ci il Frontera modeli bir sıra tamamlamalara məruz qaldı - daha doğrusu mühərriki. Avtomobil turbodizellə təchiz olundu. Həmin ildə daha bir model - Monterey yarandı. Frontera kimi Monterey də Isuzu ilə birgə hazırlanmışdır. Bu model iki variantda istehsal olunur: uzun bazalı və sərt damlı LTD və RS qısa bazalı.

1993-cü ildə firma çox qısa bir müddət ərzində öz sinfində ən kiçik model ikinci nəsil - Corsa B hazırladı. Yeni model 1983-cü ildə olanın birbaşa varisi idi. Model 3 və 5 qapılı bana malik idi.

1994-cü ildə tamamilə yeni sinif avtomobil yarandı - Tigra. Güclü və yüngül idman maşını çox qeyri-adi görünüşü ilə ilk növbədə, gənclərin ürəyincə olmuşdur. 1994-cü ildə bütün Opel məhsullarının yeniləşdirilməsi və qammaya əlavələr edildi.

Astra Cabrio modelinin təqdimatı həmin ilin yayında keçirildi, 1995-ci ildə isə avtomobil seriyaya getdi. Əvvəl kabrioleti Kadettin bazasında yaradırdılar, indi isə yeni Astra bazasında. Az sonra modeli daha güclü 1,6 litrlik mühərriklə təchiz etdilər. 90-cı illərin ikinci yarısı 1995-ci ildə Vectra B-nin ikinci nəsilinin meydana gəlməsi ilə əlamətdar oldu. Yenilik, 3 versiyada təqdim olundu: sedan, heçbek və universal banda.

1996-cı ilin gəlməsi ilə Opel model sırasında firmanın tarixində ilk dəfə olaraq, Adam Opel AG şirkətinin texniki mərkəzi ilə General Motorsun Şimali Amerika bölməsinin birgə işinin bəhrəsi olan Sintra yarandı. Yeni miniven ABŞ-da buraxılan ilk Opel oldu. Onun əsasında Pontiac Trans Sport platforması dayanır. 1997-ci ildə Opel, Corsa və Astra modellərini yüngülcə yenilədi. Həmin il şirkət, Frankfurtda ikinci nəsil Astra G ictimaiyyətə təqdim etdi.

1998-ci ildə Opel Monterey ciddi modernləşməyə məruz qaldı. Salonun işlənməsi və xarici görünüşü dəyişdi. Dəyişikliklər mühərriklərə də toxundu: həcmi 3,2-dən 3,5 litrə qalxdı, gücü isə 177-dən 215 at gücünə qədər artdı. Bu il Opel Astra II bazasında - Zafira yarandı.

Avtomobil Renault Megane Scenic ilə rəqabətə daxil oldub. O, 100, 115 at gücü və 82 at güclü turbodizel mühərriklə təchiz olunub. Şirkət Movano və Campo pikapları da buraxır, amma onlar böyük tələbatla istifadə edilmirlər. 1999-cu ildə Vectra və Omega feysliftinq keçdilər. Ön/arxa bamperlər, güzgülər, arxa fənərlər dəyişdilər və Omega 8 silindrli mühərriklə təchiz olundu.

1999-cu ilin mart ayında Opel Astra Kupe yarandı.

2000 – ci illər

1999-cu ildə Opel (Vauxhall daxil olmaqla) Qərbi Avropa minik avtomobillərinin istehsalçıları arasında 4-cü yerə düşdü. Bununla belə, bazarda yeni nəsil Corsa modelinin yaranması ilə və Astra ailəsinə sabit yüksək tələbatın olması vəziyyətin yaxşılaşmasına ümid yaradır. 2000-ci ildə bir sıra Opel modelləri dəyişdi. İdxal olunan Sintra və Monterey modellərinin satışı dayandırıldı. Corsa modelinin yeni ailəsi və Agila miniveni yarandı.

Bu gün Adam Opel AG, Birləşmiş Ştatların hüdudlarından kənarda olan General Motors ən iri filialıdır. Firmanın Ryusselshaym, Bohum, Kayzerslauterne, Berlin və Belçika Antverpen şəhərində yerləşən zavodlarında 55 mindən çox insan çalışır. Opel markası müxtəlif zövqləri, sorğuları nəzərdə tutan avtomobilləri özündə birləşdirir: Corsa, Vectra Tigra, Zafira, Astra, Agila Meriva, Omega, Calibra. Həmçinin Frontera yolsuzluğunu, bir də Sintra minivenini unutmaq olmaz.

Opel şirkəti 1862-ci ildə yarandığı andan cəmiyyətin bütün təbəqəsi üçün elm və texnologiyanı geniş şəkildə çatdırmağa çalışırdı. Bu fəlsəfə bu gün də dəyişməz qalır. Bu gün bu fəlsəfə bütün Opel avtomobillərinin yaradılmasının əsasında dayanır.

 

Müəllif: Natiq Əliyev

Mənbə: AVTO KLUB AZƏRBAYCAN

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR