Dərc edildi: Baxış sayı: 451
Ad günündə qumbara partladı, Zalujnının köməkçisi öldü
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının köməkçisi Gennadi Çestyakov qumbaranın partlaması nəticəsində ölüb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Məlumata görə, hadisə Çaiki kəndində olub, 39 yaşlı hərbçi döyüş sursatının partlaması nəticəsində dünyasını dəyişib. Onun 13 yaşlı oğlu ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.
Zalujnı hadisəni təsdiqləyib. Bildirib ki, köməkçisinin bu gün ad günü olub və o, faciəli hadisə nəticəsində, ailə üzvlərinin yanında həlak olub. Partlayış naməlum hədiyyəni açan zaman baş verib.
Zalujnı köməkçisinin 4 övladı olduğunu da qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət