Dərc edildi: Baxış sayı: 624
Ad günündə 1 milyon dollar uddu
Ad günü onsuz da əlamətdar gündür. Həmin gün milyonçu olmaq isə bir ayrı hissdir. Bu hissi amerikalı Dennis Ressler yaşayıb.
Bizimyol.info xəbər verir ki, ABŞ-ın Cənubi Karolina ştat sakini doğum günündə 1 milyon dollar udub. Onun yerli mağazaların birindən aldığı “Carolina Millions” lotereya bileti cek-potda uduş gətirib.
Ressler xoşbəxtliyinə inanmır: “Bütün həyatım dəyişdi”. Bir neçə il sonra pensiyaya çıxacaq amerikalı yenə lotereya oynamaqda davam edəcəyini deyir.
Az qala hər ay ABŞ-da kimsə lotereya sayəsində milyonçu olur. Bir neçə gün əvvəl Portlendə bir kişi mağaza növbəsində tanımadığı qadından eşitdiyi rəqəmləri istifadə etməklə böyük uduşa sahib çıxmışdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət