Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Acqarnına bunları yemək olmaz!

Acqarnına bunları yemək olmaz!
Sakura

Acqarnına bunları yemək olmaz!

Adətən bir sıra qidaların, eləcə də çox acı, turş meyvə-tərəvəzlər, içkilərin acqarına qəbul edilməsi tövsiyə olunmur.

Axar.az xəbər verir ki, çoxlu sayda faydaları olsa da, enerji verən içki sayılsa da, acqarına kofe içmək düzgün deyil. Bu, zərərli alıqşanlıq sayılır.

Acqarına kofe içmək mədə turşuluğunu artırır, yanmaya səbəb olur. Kofe içməkdənsə, acqarına çay içmək daha faydalı olar.

Sitrus meyvələrinin suyunu içmək barədə də oxşar fikirlər açıqlanıb. Bu meyvələr, eləcə də onların suyu çoxlu miqdarda vitaminlər, minerallarla zəngin olsa da, onları ac qəbul etmək bir sıra problemlərə səbəb olur. Əsasən qastrit və digər həzm sisitemi problemləri zamanı bu içkilərin ac içilməsi əlavə fəsadlar yaradır. Həmin içkilərdən vaz keçə bilməyəndə fəsadları azaltmaq üçün eyni miqdarda su ilə qarışdırıb içmək tövsiyə olunur.

Acqarına iltihab əleyhinə olan dərmanların qəbulu da yolverilməz sayılır. Bu dərmanların ac halda qəbulu həzm sisitemində ciddi problemlər yarada bilər, hətta mədə qanaxmasına səbəb olar. Onları içməyə məcbur olanda südlə, süd yoxdursa, çoxlu su ilə içmək məsləhət görülür.

Şirniyyatların da acqarına yeyilməsi faydalı sayılmır. Hesab olunur ki, bu, qanda şəkəri yüksəldir.

Qatıq, eləcə də fermentasiya olunmuş digər süd məhsullarının ac qəbulu tövsiyə edilmir.

Eləcə də acqarına qəbulu məsləhət görülməyən qidalar siyahısında armud, banan, pomidor, göyərtilərin adı çəkilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR