Slimfit
  1. CƏMİYYƏT

AÇIQLAMA: Bu tarixdən MALL-lar açıla bilər

AÇIQLAMA: Bu tarixdən MALL-lar açıla bilər
Sakura

AÇIQLAMA: Bu tarixdən MALL-lar açıla bilər

Azərbaycanda bir neçə aydır ki, koronavirus pandemiyasına görə iri ticarət mərkəzləri və Mall-ların fəaliyyətinə icazə verilmir. Qeyd edək son həftələr karantin rejimində mərhələli şəkildə yumşalmalar aparılır. Növbəti həftə də karantin rejimindəki yumşalmanın iri ticarət mərkəzlərinə və Mall-lara şamil edilməsi gözlənilir.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, ununla bağlı sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib ki, may ayında iri ticarət mərkəzləri və Mall-lar açıldı: “O zaman qaydaları müəyyənləşmişdi. Maskasız Mall-lara giriş qadağan idi. Amma spirt və temperaturun ölçülməsi yoxdur. Çünki orada kütləvilik daha çoxdur. Belə ki, bir dəfəyə 10-15 nəfər daxil ola bilir. Bunu etmək çətindir.

Bu gün orta məktəblərdə tədbiq edilən qaydaları Mallar-a da etmək olar belə ki, girişdə insanların temperaturu ölçülüb, əşyaları dezinfeksiya olunub içəri buraxmaq olar. Əslində bunu yoxlama tədbiri kimi qiymətləndirmək olar.

Təbii ki, hərarəti olan insan barəsində də tədbir görmək lazımdır. Mall-larda da temperatur ölçülməli, sosial məsafə qorunmalı və dezinfeksiya məhlularından istifadə olunmalıdır. Ən önəmlisi isə qurup halında Mall-lara girişə icazə verilməsin. Yəni bir dəfəyə 10 nəfərin içəriyə girməsinə qadağa qoyulsun. Girişdə 3-5 nəfərdən çox adam içəri buraxılmasın. Belə bir qaydalarla Mall-ları açmaq olar. Əlbəttə, Mall-ların içərisinə də sayla insanlar içəri buraxılmalıdır.

Mall-lardakı mağazalarda 3-4 satıcı işləyir. Onlardan biri qapıda dayansın və insanların sayını nizamlasın. Yəni bir dəfəyə 5-6 nəfərdən çox insan daxil olmasına icazə verməsin. Eyni vaxtda 20 nəfər içəridə olmasın. Burada məqsəd kütləviliyin qarşısını alaraq yoluxmanın artmasını əngəlləməkdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR