Slimfit
  1. SİYASƏT

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir
Sakura
:0

Açıq məkanda reklam sahəsindəki yeniliklərin müzakirəsi davam etdirilir

Dövlət Reklam Agentliyinin (ADRA) ərazi reklam idarələrində çalışan əməkdaşlarını normativ hüquqi aktlarda edilmiş dəyişikliklər və qüvvədə olan qanunvericiliyin tələbləri barədə məlumatlandırmaq məqsədilə təşkil olunan təlimlər növbəti dəfə Sumqayıtda keçirilib. Heydər Əliyev Mərkəzində baş tutan təlimlərdə sahibkarların işinin asanlaşdırılması baxımından onların maarifləndirilməsi, qanunvericiliyə edilən dəyişikliklər barədə regionlardakı nümayəndələrin məlumatlandırılması, yeni yaradılan zonalar və onların sistemə daxil edilməsi yolları və s. mövzular əhatə olunub.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təlimçilər agentliyin İcazə və razılaşdırma şöbəsinin Ekspertiza və icazələrin qeydiyyatı sektorunun müdiri Səbuhi Bəşirov, həmin sektorun baş mütəxəssisi Röya Abdullazadə və Hüquq şöbəsinin böyük hüquqşünası Lalə Fərzəliyeva qanunvericiliyə edilən dəyişikliklər barədə Regional İdarələrdəki əməkdaşlara məlumat veriblər. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 17 oktyabr tarixli 843 nömrəli Fərmanı ilə ADRA-nın Nizamnaməsində edilən dəyişiklik, reklam haqqında Qanuna edilən əlavələr, Agentliyin Regional İdarələrinin mərkəzi aparatla ahəngdar və sistemli şəkildə çalışması, açıq məkanda reklam yayımı zamanı Azərbaycan dilinin qorunması və s. mövzuları əhatə edən təlimdə Sumqayıtla yanaşı, Quba Regional İdarəsinin nümayəndələri də iştirak ediblər. Əməkdaşlar yaxın gələcəkdə tətbiq olunacaq onlayn müraciət barədə də praktik olaraq məlumatlandırılıblar.

Qeyd edək ki, təlimlərin növbəti mərhələsi Gəncə, Bərdə və Şəki Regional idarələrinin əməkdaşları üçün ölkənin ikinci ən böyük şəhərində baş tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR