“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsindən növbəti tədbir Göyçay rayonunda keçirildi
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın və Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 avqust 2018-ci il tarixdə Göyçay rayonunda keçirilmişdir. Tədbirdə Millət vəkili, AFFA-nın 1-ci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Göyçay rayonundan seçilmiş millət vəkili Sabir Hacıyev, Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Szeynalova, Göyçay rayon Polis İdarəsinin rəisi Sənan Əsədov, Göyçay rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Şirinov və layihənin kordinatoru Kərim Ağayev iştirak etmişdir.
Tədbirdə millət vəkili, layihənin rəhbəri Rauf Əliyev, Millət vəkili Sabir Hacıyev və Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini Zivər Zeynalova çıxış etdilər. Çıxış edənlər qeyd etdilər ki, bu layihənin həyata keçirilməsində məqsəd uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Daha sonra qeyd olunub ki, Azərbaycan idmanı müstəqillik illərində yüksək inkişaf yolu keçmiş və hal-hazırda dünyanın nüfuzlu idman ölkələrindən birinə çevrilmişdir. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb. Tədbirin sonunda uşaqlar əyləncəvi futbol nümayiş etdiriblər.
Mənbə: Sia.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət