Slimfit
  1. İQTİSADİYYAT

AÇG-də dərin laylardan qaz hasilatına gələn ilin əvvəlində başlanıla bilər

AÇG-də dərin laylardan qaz hasilatına gələn ilin əvvəlində başlanıla bilər
Sakura

AÇG-də dərin laylardan qaz hasilatına gələn ilin əvvəlində başlanıla bilər

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bunu jurnalistlərə açıqlamasında BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Cim O'Leary bildirib.

Onun sözlərinə görə, AÇG-də dərin laylardan qaz hasilatını həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin II yarısında başlanılması planlaşdırılır.

C. O'Leary əlavə edib ki, ötən il qeyd olunan layihə çərçivəsində qiymətləndirmə quyusunun qazılması uğurla başa çatdırılıb.

"Monitorinq aparmaq üçün quyunun ağzına xüsusi avadanlıq quraşdırıb və bunun sayəsində uğurlu məlumat əldə edə etmək mümkün olub", - BP nümayəndəsi qeyd edib

Onun sözlərinə görə, məhz alınan məlumatlar əsasında hasilat quyusunun qazılmasına qərar verilib.

O vurğulayıb ki, ilk hasilat quyusu uğurlu olduğu təqdirdə şirkət ilk qazın gələn ilin əvvəlində çıxarılacağını gözləyir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR