Dərc edildi: Baxış sayı: 438
Ac-susuz qalan, tərk edilmiş erməni əsgərlərinin görüntüləri yayıldı
Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.
Ens.az Metbuat.az-a istinadən xəbər verir ki, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.
Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:
"Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir və digər yerlərdən gələnlərdir. Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət