Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Abses nədir? – Bütün orqanlara zərər verir

Abses nədir? – Bütün orqanlara zərər verir
Sakura

Abses nədir? – Bütün orqanlara zərər verir

Ən çox üzləşdiyimiz problemlərdən biri də diş ağrısıdır. Nə vaxtsa, demək olar ki, hər kəsin başına gəlmiş bu əzabverici ağrılardan xilas olmaq üçün nə etməliyik? Medicina.az mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir.
 
Xüsusi ilə gecə başlayan diş ağrılar gündəlik həyat səviyyəsinə mənfi təsir edir. Bu problemlə qarşılaşan adamlar ev şəraitində həll yollarını axtarır. Ağrılar azalmayanda diş həkiminə müraciət isə qaçılmazdır. Dişlərə vaxtında, düzgün qulluq etməmək çürüklərə və nəticədə ağrılara olur. 
DİŞ AĞRISINA TƏSİR EDƏN ÜSULLAR
 
 Çürük ağrıları xüsusi ilə gecə saatlarında şiddətlənməyə başlayır. Çünki hormonal dəyişikliklərə görə damar içi təzyiz artır, damarlar genişlənir bu da bu saatlarda ağrıları daha çox hiss etməyə səbəb olur. İlkin olaraq dərman istifadə etmək və yaxud həkimə müraciət zəruridir. Unutmamaq lazımdır ki, çürük diş olan yerə əsla odekolon, alkoqol və s. vasitələr vurmaq olmaz. Çünki bu üsullar diş ətinə zərər verir, üstəgəl, yeni bir ağrı yaranır. Diş ağrısında müayinələri ertələmək olmaz. Nəticə gözləmədiyiniz qədər ağır ola bilər. Ən azı diş absesi baş verə bilər. Bu da öz növbəsində orqanlara zərər verə bilir. İltihab bütün sümük toxumalarına yayılmağa başlayır.
 
 
Abses  — iltihab nəticəsində məhdud boşluqda irin toplanması. Abses dərialtı toxumada, əzələlərdə, sümükdə, həmçinin, qaraciyər, ağciyər, dalaq, beyin və s.-də inkişaf edə bilər. Abses irintörədən mikrobların zədələnmiş dəri və selikli qişalardan orqanizmə keçməsi, yaxud qan və limfa damarları ilə digər iltihab ocağından gətirilməsi nəticəsində əmələ gəlir. Kəskin və xroniki absesə var. Kəskin absesdə ağrı, qızartı, məhəlli şişkinlik, yüksək temperatur, yuxusuzluq, başağrısı və s. əlamətlər olur. Plevra və qarın boşluğunda absesin yırtılması ağırlaşmaya səbəb ola bilər. Xroniki abses tədricən inkişaf edir. Müalicəsi: antibiotiklər, orqanizmin müqavimətini qaldıran üsullar, nəhayət, cərrahi əməliyyat.
Abses orqanizmdə hər hansı nahiyədə varsa, ehtiyatlı olun. Mütləq həkim müdaxiləsi lazımdır.
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR