Slimfit
  1. CƏMİYYƏT

Abşeronun gələcək qaz tələbatına 4 amil təsir edə bilər

Abşeronun gələcək qaz tələbatına 4 amil təsir edə bilər
Sakura

Abşeronun gələcək qaz tələbatına 4 amil təsir edə bilər

Abşeron yarımadasında cari qaz istehlakı 1,05 milyon m3/saat, qaz şəbəkəsinin ötürmə gücü 1,56 milyon m3/saat, birləşmə nöqtəsindəki gücü isə 1,3 milyon m3/saat təşkil edir.

Ens.az Report.az-a istinadən xəbər verir ki,  bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Hesablamalara əsasən, bir ev təsərrüfatının qaz tələbatı təqribən 9590 kVt/saat təşkil edir. Əvvəlki plana əsasən qaz istehlakının ən yüksək həddinin 1,55 milyon m3/saat olacağı gözlənilirdi.

Gələcək qaz tələbatına təsir edəcək 4 amil mövcuddur:

- əhali artımı - Baş Plan çərçivəsində əhalinin 2,62 – 3,17 milyon nəfər arasında dəyişəcəyi proqnoz edilir;

- enerji səmərəliliyi - enerji səmərəliliyi standartları təkmilləşəcəyi təqdirdə istilik və qaza olan tələbat azalacaq;

- elektrik enerjisi (termal) istehsal edən stansiyaların qaza olan tələbatı (istər yalnız elektrik enerjisi, istərsə də istilik və elektrik enerjisinin birgə (kombinə) istehsalı üçün).

Qeyd olunur ki, Böyük Bakı ərazisinin qaz təchizatı Abşeron yarımadasından kənarda yerləşən zəngin neft-qaz yataqları hesabına təmin edilir. Qaz 37 bar təzyiqli ötürücü şəbəkə vasitəsilə verilir. Bu şəbəkə Sumqayıt və Şimal elektrik stansiyaları, eləcə də bir sıra digər stansiyaları qazla təmin edir ki, bu da öz növbəsində 25 və 10 bar təzyiqli aralıq qaz şəbəkəsini təmin edir. Bu şəbəkə daha sonra 4 bar və 1 bar təzyiqində son paylayıcı qaz sistemlərinə qazın ötürülməsini təmin edir. Qaz paylama sistemi bəzi yerlərdə yerüstü, bəzi yerlərdə isə yeraltı çəkilir. Qaz şəbəkəsinin böyük hissəsi 1960-1980-ci illərdə tikilin. Paylayıcı şəbəkədə ümumilikdə təxminən 8 % səviyyəsində qaz itkiləri baş verir. Şəbəkənin 100 %-i sayğaclaşdırıllb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR