Dərc edildi: Baxış sayı: 252
Abşeronda yeznə-qayın mübahisəsi ölümlə nəticələndi
Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.
O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət