Dərc edildi: Baxış sayı: 409
ABŞ Zərifə sanksiya tətbiq etdi – AB-dən cavab
Avropa Komissiyası İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə qarşı sanksiyaları şərh edib.
Axar.az xəbər verir ki, Avropa Komissiyası bundan sonra da Zəriflə çalışmağa davam edəcəklərini bildirib.
“Biz bu qərara təəssüf edirik. Öz tərəfimizdən biz Zəriflə İranın yüksəkvəzifəli diplomatı kimi çalışmağa davam edəcəyik”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Məhəmməd Cavad Zərifi sanksiyalar siyahısına daxil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət