Dərc edildi: Baxış sayı: 457
ABŞ, Yaponiya və Monqolustan KXDR-i raket sınaqlarını dayandırmağa çağırıb
ABŞ Şimali Koreyaya ballistik raketlərin işə salınmasını dayandırmaqla bağlı müraciət edib.
“Report”un məlumatına görə, müvafiq bəyanat ABŞ Dövlət Departamentinin saytında yayılıb.
Qeyd edilir ki, ABŞ-ın çağırışına Yaponiya və Monqolustan da qoşulub.
Hər 3 dövlət həmçinin BMT Təhlükəsizlik Şurasının qətnaməsi üzrə öhdəliklərə riayət etmək xahişi ilə Koreya Xalq Demokratik Respublikasına (KXDR) müraciət edib.
ABŞ, Yaponiya və Monqolustan həmçinin KXDR-ə müraciət edərək Sinqapur sammiti qərarlarının icrası ilə bağlı danışıqlara başlamağa çağırıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət