Slimfit
  1. DÜNYA

ABŞ Venesuelaya qarşı sanksiyaları yenidən sərtləşdirə bilər

ABŞ Venesuelaya qarşı sanksiyaları yenidən sərtləşdirə bilər
Sakura

ABŞ Venesuelaya qarşı sanksiyaları yenidən sərtləşdirə bilər

ABŞ administrasiyası məhbusların azad edilməsi ilə bağlı Vaşinqtonun tələblərini yerinə yetirmədiyi üçün Venesuela hakimiyyətinə qarşı mümkün addımları nəzərdən keçirir.

"Ens.az" “Report”a istinadla  xəbər verir ki,bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CBS telekanalında deyib.

ABŞ-ın Venesuela hakimiyyətinin “siyasi məhbusları” və “səhv olaraq həbs edilmiş” amerikalıları azad etməməsi fonunda Karakasa qarşı sanksiyaları yenidən sərtləşdirmək niyyətində olub-olmaması ilə bağlı suala Kirbi deyib:

“Bu qərarları qəbul etmək üçün noyabrın 30-u axşama qədər vaxtları olub. Təəssüf ki, etmədilər. Beləliklə, biz indi mümkün siyasi addımlar məsələsinə qayıtmışıq və şansları qiymətləndiririk. Qərar vermə prosesimiz baxımından vəziyyəti qabaqlamaq istəmirəm, lakin indi mövcud variantlara baxırıq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR