Slimfit
  1. DÜNYA

ABŞ və Türkiyə kritik müzakirəyə başlayır

ABŞ və Türkiyə kritik müzakirəyə başlayır
Sakura

ABŞ və Türkiyə kritik müzakirəyə başlayır

ABŞ-ın hərbi nümayəndə heyəti sabah Ankaraya səfər edəcək.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

“ABŞ-la ortaq bir nöqtəyə gələ bilməsək, təhlükəsiz zonasını təkbaşına formalaşdırmalı olacağıq. 3 avqustda ölkəmizə gələcək ABŞ nümayəndə heyəti ilə danışıqlar davam edəcək”, - Aksoy bildirib.

Xatırladaq ki, ötən ay Türkiyə Müdafiə naziri Hulusi Akarla ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri arasında görüş keçirilmişdi. Görüş zamanı Akarla Cefri PKK/YPG-nin təhlükəsizlik zonasından çıxarılması, bölgədəki ağır silahların toplanması, suriyalıların geri qayıtması üçün lazımi şəraitin yaradılmasını müzakirə edib. Bundan əlavə, görüşdə hər iki ölkənin hərbi nümayəndələrinin təhlükəsizlik bölgəsi ilə bağlı birgə çalışması və 3 avqustdan etibarən görüşün Müdafiə Nazirliyində davamı barədə razılıq əldə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR