Slimfit
  1. SİYASƏT

ABŞ və Fransanın Laçınla bağlı "təsəlli" bəyanatı

ABŞ və Fransanın Laçınla bağlı "təsəlli" bəyanatı
Sakura

ABŞ və Fransanın Laçınla bağlı "təsəlli" bəyanatı

ABŞ Dövlət Departamentinin və Fransa Xarici İşlər Nazirliyinin Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsinin yaradılmasına etirazları və bu etirazlarında 2020-ci il 10 noyabr bəyanatına istinad etmələri məntiqsiz olmaqla yanaşı, Vaşinqton və Parisin təhlükəsizlik siyasətinə də uyğun deyil.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlu bildirib ki, Kreml həm Vaşinqtonun, həm də Parisin rəqibinə çevrilib, Ukrayna müharibəsi ipləri qoparıb, nəticədə ABŞ və Fransanın Rusiyaya qarşı sərt sanksiyaları mövcuddur:

“Bu səbəbdən Fransa və ABŞ Rusiya ilə bir masaya oturmaqdan imtina edirlər. Minsk Qrupunun dağılmasında bu amilin də rolu olub. Bütün bunlar varkən, Vaşinqton və Paris bizə məsləhət görür ki, rəqibləri “Rusiyanın vasitəçi olduğu 2020-ci il 10 noyabr bəyantına riayət etmək lazımdır”. Rusiyanın vasitəçiliyi ilə qəbul edilən sənədlər belə məqbuldursa, Ukrayna başda olmaqla, bütün beynəlxalq və regional platformalarda Kremlə qarşı niyə mübarizə aparırsınız, yoxsa Azərbaycan-Ermənistan qarşıdurması sizin üçün istisnadır?”

Politoloqun sözlərinə görə, Azərbaycan öz sərhədlərində keçid məntəqələri yaradır, kimsə buna qarışa bilməz:

“ABŞ və Fransanın bəyanatları sadəcə erməniləri sakitləşdirmək üçün növbətçi xarakter daşıyır. Yəni Vaşinqton və Paris ermənilərə deyirlər ki, biz Azərbaycana sözümüzü dedik, qalanı bizlik deyil, başınızın çarəsinə baxın. Bunu ermənilər də anladıqlarından reallıqla barışmaq məcburiyyətindədirlər”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR