Slimfit
  1. DÜNYA

ABŞ və Çin arasında ticarətlə bağlı kritik qərar

ABŞ və Çin arasında ticarətlə bağlı kritik qərar
Sakura

ABŞ və Çin arasında ticarətlə bağlı kritik qərar

Fins.az-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Pekin arasında ticarət sazişinin əldə olunması üçün martın 1-də bitəcək vaxtın uzadılması variantını istisna etməyib. Bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp ÇXR baş nazirinin müavini Lü He ilə Ağ evdə baş tutan görüşü zamanı deyib. “Əgər bu məsələdə irəliləyişə nail olunduğunu görsəm, ticarət sövdələşməsinin əldə olunması vaxtın uzadılması, gömrük rüsumlarının 25 faizə qaldırılması deyil, 10 faiz həddində saxlanılması məqsədyönlü olacaq”, - deyə Donald Tramp bildirib. Xatırladaq ki, ABŞ və Çin liderlərinin 2018-ci il dekabr ayının əvvəlində Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa razı olmuşdu. Həmçinin tərəflər üç ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

2014 MU69/Ultima Thule asteroidi - kosmik gəmilərin nə vaxtsa ziyarət etdiyi ən uzaq obyekt. Bu şəkil New Horizons aparatı tərəfindən çəkilib və 6,5 milyard məsafəyə ötürülmüşdür.

Redaktor seçimi

SON XƏBƏRLƏR