Slimfit
  1. DÜNYA

ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır

ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır
Sakura

ABŞ uyğurlara qarşı repressiyaları soyqırımı kimi tanımağa hazırlaşır

ABŞ prezidenti Donald Trumpın administrasiyası Çindəki uyğur müsəlmanlarına edilən repressiyaları "soyqırımı" adlandırmağı müzakirəyə qoyub.

Report” “Politico”ya istinadən xəbər verir ki, istifadə olunan terminlərlə bağlı məsələ hazırda Dövlət Departamenti, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Təhlükəsizlik Şurasının işçi qruplarında müzakirə olunur.

Məlumata görə, Vaşinqtonun Pekini həmçinin bəşəriyyətə qarşı cinayətlərdə və ya etnik təmizləmədə ittiham edə biləcəyi variantı da nəzərdən keçirilir.

Xatırladaq ki, Çində uyğur türklərinə qarşı sistematik təqib siyasəti yürüdülür. 2017-ci ildə Çinin Sincan-Uyğur Muxtar Rayonunda uyğurlar üçün siyasi-ideoloji təlim düşərgələri açılmağa başlayıb. BMT-nin məlumatına görə, bu düşərgələrdə 1 milyondan çox uyğur türkü saxlanılır. Rəsmi Pekin orada sadəcə Çin dili və mədəniyyətinin öyrənilməsi, həmçinin peşəkar hazırlıq kurslarının keçirildiyini iddia edir. Bununla belə, Çin orada uyğurların vəziyyəti ilə bağlı dünya ictimaiyyətinə ətraflı məlumat verməkdən çəkinir. Xeyli sayda məşhur uyğur alim, sənətkar və peşəkar idmançıların həmin düşərgələrdə saxlanıldığı güman edilir.

Rəsmi Pekin uyğurların türk əsilliyini şübhə altına qoymaq üçün aktiv təbliğat aparır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR