Slimfit
  1. DÜNYA

ABŞ Usame Bin Ladinin oğlunun başına 1 milyon dollar mükafat qoydu

ABŞ Usame Bin Ladinin oğlunun başına 1 milyon dollar mükafat qoydu
Sakura

ABŞ Usame Bin Ladinin oğlunun başına 1 milyon dollar mükafat qoydu

ABŞ hökuməti “Əl Qaidə”nin keçmiş lideri Usame Bin Ladinin oğlu Həmzə Bin Ladinin başına 1 milyon dollar mükafat qoyub.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada Həmzə Bin Ladinin “Əl Qaidə” terror təşkilatında yüksələn lider olduğu və 2015-ci ildən bu yana ABŞ hərbi bazalarına hücuma təşviq edən videolar çəkdiyi, 2011-ci ildə öldürülən atasının intiqamını almağa çağırışlar səsləndirdiyi ifadə olunub.

Açıqlamada həmçinin qeyd olunub ki, Həmzə Bin Ladin 2017-ci ildə qlobal terrorçular siyahısına salınıb, bu səbəbdən də ABŞ-da olan bütün sərvəti dondurulub. ABŞ XİN “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun yeri haqqında məlumat verənə 1 milyon dollar təklif edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR