Slimfit
  1. DÜNYA

ABŞ Ukraynaya “Hawk” ZRK üçün ehtiyat hissələrinin təcili satışına icazə verib

ABŞ Ukraynaya “Hawk” ZRK üçün ehtiyat hissələrinin təcili satışına icazə verib
Sakura

ABŞ Ukraynaya “Hawk” ZRK üçün ehtiyat hissələrinin təcili satışına icazə verib

ABŞ Dövlət Departamenti “Hawk” zenit raket kompleksinin vacib təmiri və ehtiyat hissələrini təmin etmək üçün Ukraynaya 138 milyon dollarlıq hərbi məhsulların təcili satışına icazə verib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report” “Associated Press”ə istinadən xəbər verir.

ABŞ bu addımı aprelin 9-da elan edərək bildirib ki, Ukraynanın raket sistemləri üçün texniki dəstəyə ehtiyacı var.

“Ukrayna təcili olaraq Rusiyanın raket hücumlarından müdafiə imkanlarını və Rusiya qüvvələrinin hava imkanlarını artırmalıdır”, – memorandumda qeyd olunub.

Bildirilib ki, “Hawk” sistemlərinə dəstək Ukraynanın öz xalqını və kritik infrastrukturunu qorumaq qabiliyyətini gücləndirəcək.

Xatırladaq ki, daha öncə ABŞ infrastrukturun bərpası üçün Ukraynaya 100-dən çox generator və avadanlıq verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR