Dərc edildi: Baxış sayı: 521
ABŞ Türkiyənin suverenliyini məhdudlaşdırır - Şapovalov
ABŞ F-35 təyyarələrinin Türkiyəyə təhvilini təxirə salmağa yönəlik addımlarla bu ölkənin suverenliyini məhdudlaşdırmağa çalışır.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Vladimir Şapovalov bildirib.
"Bunlar suveren dövlətə qarşı bir təzyiq formasıdır. S-400-lərin ixracı ilə bağlı hərbi müqavilə iki suveren dövlət arasında imzalanır, Türkiyənin bu haqqı heç yerdə, heç bir müqavilə ilə məhdudlaşdırılmayıb. ABŞ öz iradəsini digər ölkələrə sırımaq, üçüncü ölkələrlə əməkdaşlıq sahəsindəki azadlıqlarını məhdudlaşdırmağa çalışan tərəf olaraq qarşıya çıxır. Bu cür addımlar əməkdaşlıq və yaxşı qonşuluq tərzi deyil, bir dövlətə diktə etmək səyidir", - Şapovalov deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət