Slimfit
  1. DÜNYA

ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır

ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır
Sakura

ABŞ Türkiyənin polad məhsullarına gömrük rüsumlarını artırır

ABŞ prezidenti Donald Tramp Türkiyə istehsalı olan polad məhsullarına gömrük rüsumlarını 50% artırmağa qərar verib.

Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin yüksək rütbəli nümayəndəsi bildirib.

“Polad rüsumları yenə də 50% artırılacaq. Həmçinin ABŞ ötən ay Türkiyəyə səfər etmiş dövlət katibi Uilbor Ross rəhbərliyilə bu ölkə ilə 100 milyard dollarlıq ticarət sövdələşməsilə bağlı aparılan danışıqları da tezliklə dayandıracaq. Türkiyənin iqtisadi zəifliyi nəzərə alınsa, hazırkı addımlar bu ölkənin diqqətini Suriyanın şimal-şərqindəki vəziyyətin ciddiliyinə yönəlir. Lakin biz əvvəlki tək problemi danışıqlar yolu ilə həll etməyin tərəfdarıyıq, ona görə də prezident mötəbər heyəti razılıq əldə etmək ümidi ilə Ankaraya göndərir” – deyə o, qeyd edib.

Ötən gün ABŞ prezidenti “Türkiyənin regionda sülhü, təhlükəsizliyi, sabitliyi pozmağa yönələn hərəkətlərində iştirak etdiklərinə görə” bu ölkənin Müdafiə və Enerji və Təbii Sərvətlər nazirliklərinə qarşı sanksiyaların tətbiqilə bağlı icraçı fərman imzalayıb. Sanksiya siyahısına Türkiyənin milli müdafiə naziri Hülusi Akar, daxili işlər naziri Süleyman Soylu, enerji naziri Fateh Dönməz də daxil ediliblər.

Xatırladaq ki, ABŞ-ın viste-prezidenti Mayk Pens ötən gün axşam jurnalistlərə açıqlamasında D.Trampın bir qədər əvvəl türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğanla söhbət edərək ondan Suriyada kürd dəstələrinə qarşı hərəkatı dərhal dayandırmağı tələb etdiyini bildirib. ABŞ-ın müdafiə katibi Mark Esper isə Türkiyənin Suriyadakı əməliyyatının İŞİD-i həmin ölkədə məhv etmək məramına zidd olduğunu, gələn həftə Brüselə (Belçika) səfəri zamanı Türkiyəyə qarşı dilomatik və iqtisadi tədbirləri NATO tərəfdaşları ilə müzakirə etmək niyyətində olduğunu açıqlayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR