Dərc edildi: Baxış sayı: 527
ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək - Səfir
ABŞ təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcək.
Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger deyib.
O bildirib ki, ABŞ Azərbaycanın suverenliyi, müstəqilliyi və sabitliyini dəstəkləyir:
“Əməkdaşlıq çərçivəsində ölkəni təhlükəsizlik sahəsində, xüsusilə də milli sərhədlərin və strateji enerji infrastrukturunun müdafiəsi məsələsində dəstəkləyirik”.
Səfir əlavə edib ki, ABŞ Azərbaycanla müxtəlif istiqamətlərdə strateji əməkdaşlığı genişləndirmək niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət