ABŞ Suriya neftindən qazandığı pulu hara xərcləyir?
ABŞ Suriyada neftdən əldə edilən gəlirlərin hesabına ona loyal silahlı qruplaşmaları dəstəkləyir.
Publika.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov “Rusiya 24” kanalında “Beynəlxalq icmal” proqramında deyib.
Daha əvvəl Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib ki, Suriyanın şimal-şərqində neft rayonlarına rəsmi Dəməşq nəzarət etməlidir. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov isə qeyd edib ki, ABŞ-ın dövlət orqanları Suriyada neftdən hər ay 30 milyon dollardan yuxarı alırlar.
Xatırladaq ki, Pentaqonun başçısı Mark Esper ABŞ-ın Suriyadakı neft yataqlarını qoruyacağını və onları ələ keçirmək cəhdlərinə güclə cavab verəcəyini bildirib. Onun sözlərinə görə, Amerika əsgərləri yataqlara nə Rusiya, nə də Suriya hərbçilərini buraxmaq niyyətindədir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət