Dərc edildi: Baxış sayı: 484
ABŞ süni nəfəs aparatlarını digər ölkələrə verəcək
“Amerika Birləşmiş Ştatları tezliklə lazım olduğundan daha çox süni nəfəs aparatına sahib olacaq. Buna görə, biz həmin aparatları digər ölkələrə göndərəcəyik”.
“Report” “RİA Novosti” yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Tezliklə ehtiyacımızdan daha çox süni nəfəs aparatlarına sahib olacağıq. Biz hazırda minlərlə aparat düzəldirik və daxili tələbatı tam ödədikdən sonra qalanlarını dünyanın digər ölkələrinə İtaliya, Fransa və İspaniyaya verəcəyik”, - deyə o bildirib.
Xatırladaq ki, ABŞ-da təsdiqlənmiş COVID-19 hallarının sayı 200 mini keçib, 4 300 nəfər ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət