Slimfit
  1. DÜNYA

ABŞ Senatı Trampın İranla bağlı səlahiyyətini ləğv etmək istəyir

ABŞ Senatı Trampın İranla bağlı səlahiyyətini ləğv etmək istəyir
Sakura

ABŞ Senatı Trampın İranla bağlı səlahiyyətini ləğv etmək istəyir

ABŞ Senatı Prezident Donald Trampın İranla bağlı bir səlahiyyətini ləğv etməyə çalışır.

“İnterfaks” xəbər verir ki, bu veto onun Konqresin icazəsi olmadan İrana qarşı hərbi güc tətbiq etməsi ilə bağlıdır.

Senat çoxluğunun lideri Mitç Makkonel Konqresin yuxarı palatasının cümə axşamı günü vetonun ləğvi ilə bağlı səs verəcəyini açıqlayıb.

 

Bundan əvvəl Tramp qətnaməyə veto qoyaraq, Konqresin onu qəbul etməməli olduğunu bildirmişdi:

“Bu, çox təhqiramiz qətnamə idi, demokratlar tərəfindən respublikaçılar arasında nifaq səpmək strategiyası çərçivəsində, 3 noyabr seçkilərində qalib gəlmək məqsədilə yaradılmışdı”.

O qeyd edib ki, dünyada ABŞ üçün çox təhdid var və zamanla bu, dəyişəcək: “Konstitusiyada deyilir ki, prezident fəallıq göstərməli, tez və qətiyyətli cavab tədbirləri görməlidir. Mən də (Süleymani məsələsində - red.) belə etdim”.

2020-ci ilin qışında ABŞ Konqresində Süleymaninin öldürülməsindən sonra İrana qarşı hərbi əməliyyatlarla əlaqədar Trampın səlahiyyətlərini məhdudlaşdırmağa çalışmaq qərarına gəliblər. Konqresmenlər belə bir məhdudiyyət olmadan Trampın İranla müharibəyə başlaya biləcəyinə inanırlar.

ABŞ-da prezident Konqresin razılığı olmadan müharibə elan edə bilməz. Bununla birlikdə, o, qanunverici hakimiyyətlə razılaşdırılmadan xaricdə həcmi və vaxtı məhdud olan əməliyyatlar aparmaq hüququna malikdir.

Senator Tim Keynin təşəbbüsü ilə hazırlanan qətnamə qəbul edilərsə, Konqresin razılığı olmadığı halda Trampdan 30 gün müddətində ABŞ-ın hər hansı hərbi əməliyyatdan geri çəkilməsini tələb edə edəcək.

“Həmkarlarımı vetonu aradan qaldırmaq üçün səsvermədə mənə qoşulmağa çağırıram. Konqresdə müharibənin zəruri olması barədə konsensus əldə olunmazsa, əsgərlərimizi təhlükəli yerlərə göndərməməliyik”, - deyə Keyn bildirib.

Qətnamə əvvəlcə Senat tərəfindən fevral ayında qəbul edilib, Respublikaçılar Partiyasından olan 8 senator onu dəstəkləyib. Mart ayında sənəd Nümayəndələr Palatası tərəfindən qəbul edilib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qartallar böyük lələkləri olan nəhəng quşlardır. Bir qanadından lələyi itirəndə quş digərindən simmetrik şəkildə yerləşmiş lələyi itirir - bu ideal aerodinamikanı saxlamaq üçün lazımdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR