Slimfit
  1. DÜNYA

ABŞ sanksiyaları genişləndirir: Siyahıda Lukaşenko ailəsinin biznes təyyarəsi də var

ABŞ sanksiyaları genişləndirir: Siyahıda Lukaşenko ailəsinin biznes təyyarəsi də var
Sakura

ABŞ sanksiyaları genişləndirir: Siyahıda Lukaşenko ailəsinin biznes təyyarəsi də var

ABŞ Maliyyə Nazirliyi çərşənbə günü, avqustun 9-da Belarusda sanksiyalara məruz qalacaq fiziki və hüquqi şəxslərin siyahısını genişləndirdiyini bildirib.

Ens.az Qaynarinfo.az-a istinadən xəbər verir ki,  bu barədə nazirliyin saytında məlumat dərc edilib.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bildirir ki, siyahıya əvvəllər dövlət qulluğunda olmuş, hazırda Belarusun logistika operatoru Bremino Group-un ortaq sahibi olan iş adamı Aleksey Aleksinin iki oğlu və həyat yoldaşı daxildir.

Belarus Dövlət Nəzarəti Komitəsinin Maliyyə Təhqiqatları Departamentinin şöbəsi, böyük inspektor Artyom Dunko və onun üç həmkarı məhdudiyyətlər altına düşüb.
Bundan əlavə, sanksiya məhdudiyyətləri siyahısında Belarus Metallurgiya Zavodunun baş direktorunun, Belarusun dövlət aviaşirkəti "Belavia”, 407 saylı Minsk Mülki Aviasiya Zavodunun və Bombardier CRJ-200ER təyyarəsinin adı çəkilir.

Belaruslu araşdırmaçı Anton Motolko bildirib ki, Belarus prezidentinin iki böyük oğlu Viktor və Dmitri Lukaşenkonun istifadə etdiyi EW-301PJ nömrəli Bombardier Challenger 850 biznes-jeti hazırkı məhdudiyyətlər altına düşüb.

"Bununla da, EW-001PB qeydiyyat nömrəli bir Boeing 767-300 istisna olmaqla, indi VIP helikopter və Lukaşenkonun bütün təyyarələri ABŞ sanksiyaları altındadır”, - Motolko yekunlaşdırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR