ABŞ sanksiyalar məsələsində Azərbaycanla əməkdaşlıqdan məmnundur - səfir
"ABŞ Azərbaycan dövləti ilə strateji əməkdaşlığı və tərəfdaşlığı çox yüksək dəyərləndirir. O cümlədən sanksiya məsələsində də Azərbaycan hökuməti ilə bu vaxta
qədər əməkdaşlığımızdan çox məmnunuq". Bu barədə bu gün ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberger "Amerikanın Səsi"nin Vaşinqtonun RF və İrana qarşı sanksiyaları şəraitində Azərbaycanın bu ölkələrlə əməkdaşlığı haqqında sualına cavabda bildirib.
Səfir həmçinin Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşünün yekunlarını şərh edərək bildirib ki, ABŞ sülh prosesinə yardım məqsədilə danışıqlar təşkil etməsindən məmnundur.
"Şadıq ki, xarici işlər nazirləri növbəti görüş haqqında razılıq əldə ediblər", deyə səfir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət