Slimfit
  1. DÜNYA

ABŞ sanksiya tətbiq etsə, Türkiyə elə bir cavab verəcək ki...

ABŞ sanksiya tətbiq etsə, Türkiyə elə bir cavab verəcək ki...
Sakura

ABŞ sanksiya tətbiq etsə, Türkiyə elə bir cavab verəcək ki...

ABŞ Türkiyəyə sanksiya tətbiq edərsə, Ankara çox sayda və son dərəcə sərt cavablar verə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiyanın Dünya Silah Ticarətinin Təhlili Mərkəzinin direktoru İqor Korotçenko bildirib.

O qeyd edib ki, ABŞ Türkiyəyə sanksiya tətbiq etsə, İncirlikdəki ABŞ-ın taktiki nüvə silahları təxliyə edilə bilər. Bu isə ABŞ-a son dərəcə ağır zərbə olar:

"Əgər ABŞ təhdid və təzyiq siyasətinə davam edərsə, xüsusən də Rusiyadan alınan S-400 raket əleyhinə müdafiə sistemləri ilə bağlı Türkiyəyə sanksiya tətbiq edərsə, buna qarşı addımlar atılacaq. İncirlik hərbi bazası ABŞ-ın NATO-nun cənub cinahındakı aktları üçün əhəmiyyətlidir və bu addım həm hərbi, həm də siyasi mənada Vaşinqton üçün son dərəcə ağır zərbə olar".

Qeyd edək ki, bu gün Ağ Evdə Prezident Donald Tramp və 45 senatorun iştirakı ilə Türkiyəyə CAATSA sanksiyalarının tətbiq edilib-edilməməsi istiqamətində görüş keçirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR