Dərc edildi: Baxış sayı: 884
ABŞ Rusiyanı təhdid etdi
Yaxın zamanda Rusiya Venesuela Prezidenti Nikolas Maduronu dəstəklədiyinə görə, cəzasız qalmayacağını öyrənəcək.
Bunu ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams jurnalistlərə açıqlamasında bildirib.
“Ruslar öyrənəcəklər ki, Maduronu bundan sonra pulsuz dəstəkləyə bilməyəcəklər. Madurodan xeyir güdən və ya onu dəstəkləyən digərləri bu xəbərdarlıqdan nəticə çıxarmalıdırlar. Gələcək həftələrdə niyyətimizin nə qədər ciddi olduğunun şahidi olacaqsınız”, - deyə E.Abrams vurğulayıb.
“RİA Novosti” xəbər verir ki, daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert О'Brayen Rusiyanın “Rosneft” şirkəti ilə bağlı tədbir görməyə hazır olduqlarını bəyan etmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət