Slimfit
  1. DÜNYA

ABŞ rəsmisi: “İdlib probleminin həllində Türkiyəyə dəstək vermək istəyirik”

ABŞ rəsmisi: “İdlib probleminin həllində Türkiyəyə dəstək vermək istəyirik”
Sakura

ABŞ rəsmisi: “İdlib probleminin həllində Türkiyəyə dəstək vermək istəyirik”

 ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyəyə səfər edib.

APA-nın Türkiyə bürosunun məlumatına görə, o, yerli vaxtla saat 18.35-də Ankaranın Esenboğa Hava limanına enib.  

Ceyms Cefri jurnalistlərə açıqlamasında bildirib ki, səfərdə məqsəd İdlib problemi ilə bağlı rəsmi Ankaraya dəstək olmaqdır: “Türkiyə hökuməti ilə sözügedən problemi gözdən keçirmək və mümkün olduğu qədər məsələnin həllinə dəstək vermək istəyirik”.

Çeyms Cefri bildirib ki, ABŞ  NATO müttəfiqi olan Türkiyənin hərbi qüvvələrinin İdlibdə təzyiqlərə məruz qalmasına qarşıdır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR