ABŞ Qrenlandiyadakı konsulluğunu yenidən açır
ABŞ-ın 1953-cü ildə bağlanılan Qrenlandiyadakı konsulluğu yenidən açılır.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo açıqlama verib.
“ABŞ-ın 2020-ci ilin 10 iyun tarixində Qrenlandiya konsulluğunun yenidən açılması münasibətilə təbriklərdən qürurluyam. Bu addım Amerikanın Qrenlandiya xalqı və bütövlükdə Danimarka Krallığı ilə əməkdaşlığı daha da dərinləşdirmək əzmini əks etdirir. Nuukda mövcudluğumuz Danimarka və Qrenlandiyadakı dostlarımızla birgə paylaşdığımız rifahı artırmağa səy göstərəcək, Arktikadakı digər müttəfiq və tərəfdaşlarımızla birgə regionun sabitliyi və davamlı inkişafını təmin etmək üçün çalışacağıq”, - dövlət katibi vurğulayıb.
Həmçinin ABŞ-ın Danimarkadakı səfiri Karla Sands tərəfindən verilən açıqlamada da son 67 ildə ilk dəfə açılan konsulluğun Qrenlandiyada yeni imkanlar açacağı qeyd olunur.
Xatırladaq ki, ötən ilin avqust ayında ABŞ prezidenti Donald Trampın Qrenlandiyanı satın almaq barədə açıqlaması həm adada, həm də məxsus olduğu Danimarkada qalmaqala səbəb olmuşdu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət