Dərc edildi: Baxış sayı: 548
ABŞ qırıcılarını qaldırdı, İran dərhal cavab verdi
ABŞ təyyarələrinin BƏƏ-dəki hərbi bazadan havaya qalxmasına cavab olaraq İran hərbi təyyarələrini havaya qaldırıb.
Axar.az xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb. Məlumata görə, hazırda təyyarələr ölkə üzərində uçuşlar həyata keçirirlər.
Qeyd edək ki, bundan öncə İran ABŞ-ın Eyn əl-Əsəd və Ərbildəki bazalarına zərbə endirib. Raket zərbələri nəticəsində ABŞ-ın bir təyyarəsinin məhv edildiyi bildirilib.
Rəsmi Tehran bu zərbələrin Qasım Süleymaninin ölümünə qisas olduğunu bəyan edib və ABŞ-ı Yaxın Şərqdən çıxmağa səsləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət